23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Pilotun həyat yoldaşı: Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq
Tarix: 21-08-2019 14:57 | Bölmə: Müsahibə



Onun məğrurluğu, şücaəti bizə güvən verirdi ki, Rəşad sağ-salamat evinə, övladlarının yanına qayıdacaq. Təəssüf edirik ki, arzumuz, xəyallarımız baş tutmadı.
Trend-in məlumatına görə, bunu təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimindən sonra mərhumun həyat yoldaşı Könül Hüseynova jurnalistlərə açıqlamasında deyib.
O, dünyasını dəyişən həyat yoldaşının mərd, gözəl və vətənpərvər bir insan olduğunu söyləyib:
"Mərd, vətənpərvər, gözəl insan idi, pak hislərlə yaşayırdı. Onun iki gül balası da Rəşadın adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcəklər”.
K.Hüseynova axtarış qrupuna da öz minnətdarlığını bildirib:
“Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq. Hava şəraiti bu günlərdə tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik”.


Baxış sayı: 610


Bölməyə aid digər xəbərlər