01:51 / 25-04-2024
Şəhid Elvin Həsənovun mövludu olub-VİDEO+FOTOLAR
23:52 / 24-04-2024
Fransada Olimpiadada terror aktı planlaşdıran yeniyetmə saxlanılıb
22:59 / 24-04-2024
Moskva vilayəti hökumətinin keçmiş sədr müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
22:31 / 24-04-2024
İlon Mask əmindir ki, gec-tez Qərbdə vətəndaş müharibəsi başlayacaq
22:24 / 24-04-2024
Bayden: "ABŞ bir neçə saat ərzində Ukraynaya silah tədarükünü bərpa edəcək"
22:20 / 24-04-2024
Dudayev: "Kadırov həddindən artıq güc, sağlamlıq və enerji ilə xəstədir"
22:15 / 24-04-2024
Üç rusiyalı boksçu Avro-2024-də medallara zəmanət verib
22:11 / 24-04-2024
Komi məhkəməsi Kasparov və Qudkovu qiyabi həbs edib
22:07 / 24-04-2024
FSB Tambovda terror aktı hazırlayan diversantı saxlayıb
21:55 / 24-04-2024
Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurları-Aybəniz Rüstəmova
21:45 / 24-04-2024
Lukaşenko bildirib ki, o, heç vaxt oğru olmayıb və övladlarına buna imkan verməyəcək
21:41 / 24-04-2024
Podnosova: "2023-cü ildə 39 milyon məhkəmə işinə baxılıb"
21:35 / 24-04-2024
Rusiyanın məhkəmə sistemində ciddi dəyişikliklər olmayacaq
21:32 / 24-04-2024
Pentaqon ATACMS raketlərinin Ukraynaya verildiyini təsdiqləyib
16:00 / 24-04-2024
Ukrayna Avropa Komissiyasından 1,5 milyard avro alıb
15:52 / 24-04-2024
"Spartak"ın sabiq baş məşqçisi Tedesko "Milan"ın qısa siyahısına daxil olub
15:46 / 24-04-2024
Qonşusunun qarajında qumbaranı partladıb
15:41 / 24-04-2024
Metroya giriş üçün pul ödəmək istəməyib...
15:31 / 24-04-2024
Londonda Kral At Mühafizəsinin bütün qaçan atları tutuldu
15:25 / 24-04-2024
Simferopol yaxınlığında çənlərin alışması nəticəsində 3 nəfər xəsarət alıb
10:49 / 24-04-2024
Ryazan yaxınlığında baş verən qəzada adi avtobusun sürücüsü həlak olub, 13 nəfər yaralanıb
10:37 / 24-04-2024
Primoryedə müalicə olunduqdan sonra nadir qartal təbiətə buraxılıb
10:31 / 24-04-2024
Odessada hərbi obyektdə baş verən partlayışlardan sonra şəhərin enerjisi qismən kəsilib
23:59 / 23-04-2024
Rusiya və ABŞ WADA-nın Çindən olan üzgüçülərlə bağlı qərarını tənqid edib
23:46 / 23-04-2024
Alek Bolduin təxribatçı jurnalistin əlindən telefonu çıxarıb
23:34 / 23-04-2024
Puşilin DXR rəhbərinin administrasiyasını ləğv etdi
23:27 / 23-04-2024
NATO Rusiya ilə münaqişə axtarmadığını bildirib
23:20 / 23-04-2024
Putinə müdafiə nazirinin müavininin saxlanması barədə məlumat verilib
22:50 / 23-04-2024
Zaporojye vilayətində PUA-nın hücumu nəticəsində 4 mülki şəxs həlak olub
22:44 / 23-04-2024
Rusiya müdafiə nazirinin müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
21:40 / 23-04-2024
Dani Olmo "RB Leipzig"dən ayrılaraq "Barselona"ya keçə bilər
21:35 / 23-04-2024
Paris Saint-Germain "Barselona"nın vunderkindi üçün 200 milyon avro ödəməyə hazırdır
21:30 / 23-04-2024
Baydenin helikopteri qazonda otların yanması səbəbindən ehtiyat vəziyyətinə gətirilib
21:25 / 23-04-2024
Bryanskda partlayış hazırlayan terror təşkilatının üzvü həbs edilib
21:19 / 23-04-2024
Raisi İsraili məhv etməklə hədələyib
21:13 / 23-04-2024
ABŞ Ukraynaya daha bir hərbi yardım paketi təqdim etməyə hazırlaşır
Ekspert: Azərbaycan, Rusiya və İran liderlərinin görüşü Ermənistanda qıcıq yaradır - MÜSAHİBƏ
Tarix: 09-08-2019 01:37 | Bölmə: Müsahibə
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Şahmar Hacıyevin Oxu.Az-a müsahibəsi:
- Artıq üçüncü dəfə Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda görüşü keçiriləcək. Sizcə, Soçidə avqustun 14-də keçiriləcək növbəti görüşün gündəliyində əsas hansı məsələlər olacaq?
- Üç ölkənin liderlərinin qarşıdan gələn görüşündə də, əsasən, hər üç tərəfi maraqlandıran enerji məsələsi, Xəzərin statusu ilə bağlı mövqe, nəqliyyat sektorunda əməkdaşlıq və təhlükəsizlik kimi mühüm məsələlər müzakirə olunacaq.
Qeyd olunan məsələlər, hər zaman olduğu kimi, üçtərəfli görüşlərdə də çox aktualdır və prezidentlərin xüsusi diqqət ayırdıqları sahələrdir.
- Bu görüşün perspektivi barədə hansı proqnozlar vermək olar?
- Bildiyimiz kimi, Azərbaycanın xarici siyasət strategiyasının mühüm elementlərindən biri ölkəmizi müxtəlif nəqliyyat dəhlizlərinin kəsişdiyi mərkəzə çevirməkdir. Belə ki, Azərbaycan artıq həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin keçdiyi mühüm məntəqədir.
Beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın geostrateji əhəmiyyətini artırır. Bununla yanaşı, Azərbaycan üçün nəqliyyat dəhlizlərinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi baxımından da prioritet məsələlərdəndir.
“Şimal-Cənub” kimi beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşdırılması qeyri-neft gəlirlərinin artırılması və büdcəyə xarici valyuta axınının təmin edilməsi üçün önəmlidir. Şimal-Cənub nəqliyyat dəhlizi hər üç ölkə üçün strateji əhəmiyyət daşıyır.
Çünki bu layihə vasitəsilə yükdaşımaları cənubdan şimala, şimaldan cənuba doğru daha rahat həyata keçiriləcək və tranzit məsafəsinin, tranzit vaxtının azalması ilə nəticələnəcək. Həmçinin ölkələr tranzit rolunu oynamaqla əlavə gəlirlər əldə edəcəklər.
- Rəsmi Yerevan Azərbaycan, Rusiya və İran liderlərinin üçtərəfli formatda görüşündən narahatdır...
- Azərbaycan, Rusiya və İran üçtərəfli formatı, sözsüz ki, Ermənistanda qıcıq yaradır. Rusiya Ermənistanın təhlükəsizlik məsələləri üzrə ən yaxın tərəfdaşıdır, İran isə Ermənistanın çıxışının olduğu iki ölkədən biridir.
Belə olan halda, bu ölkələrlə bizim üçtərəfli formatımız Ermənistanı narahat etməyə bilməz. Onu da nəzərə alaq ki, Ermənistan düşdüyü blokada vəziyyətindən çıxmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışır. Buna görə də bu görüşün Ermənistan üçün nə dərəcədə qıcıqlandırıcı bir məsələ olduğunu başa düşmək olar.
Eyni zamanda, son dövrlər iqtisadi blokadada olan Ermənistanın İranı özünün ən yaxın tərəfdaşı kimi göstərir. Heç bir iqtisadi potensialı olmadığı halda, əsassız olaraq İran investorları üçün Ermənistanda böyük imkanlar olduğunu deməklə özünə təskinlik verir.
Bu fonda Azərbaycanın İranla birlikdə əsas regional layihə və problemləri müzakirə etməsi Ermənistanı qorxuya salır. Bu format regionda Ermənistanın əhəmiyyətsiz bir ölkə olduğunu və yalnız bəzi qüvvələrin əlində siyasi “oyuncaq” kimi istifadə olunduğunu sübut edir. Əsas geoiqtisadi məsələlər isə Azərbaycanla müzakirə olunur.
Bu görüş bir daha Azərbaycanın Ermənistanı bütün regional infrastruktur layihələrindən kənarda saxlamaq strategiyasının uğurla həyata keçirilməsinin göstəricisidir.
- Prezidentlərin görüşündən sonra Xəzər dənizinin statusu ilə bağlı yaranmış fikir ayrılıqlarının aradan qalxma ehtimalı varmı?
- Planlaşdırılan görüşdə prezidentlər, əsasən, Xəzər dənizində əməkdaşlığı və üçtərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər. Bildiyimiz kimi, artıq Xəzərin hüquqi statusuna dair Xəzəryanı dövlətlər tərəfindən Konvensiya imzalanıb.
Beş Xəzəryanı ölkə arasında Xəzər dənizində dəniz naviqasiyası, nəqliyyat, limanlar arasında əməkdaşlıq, ətraf mühitin mühafizəsi, enerji, ticarət, iqtisadiyyat, elmi tədqiqat, təhlükəsizliklə bağlı əməkdaşlıq var.
Hərbi əməkdaşlıq və fövqəladə halların qarşısının alınması kimi mühüm sahələrdə əməkdaşlıq mövcuddur. Ümumiyyətlə, Xəzər dənizi ilə bağlı ikili münasibətlərdə Azərbaycanla Rusiya arasında heç bir problem yoxdur. İranla bəzi həll olunmayan məsələlər qalıb.
Qeyd edə bilərik ki, beş Xəzəryanı dövlət uğurla əməkdaşlıq edir. Buna misal olaraq, cari ilin iyul ayında Xəzər dənizində İrana məxsus “Şəbahəng” quru yük gəmisinin Lənkəran sahilində batması və Azərbaycan Dövlət Sərhəd Xidmətinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən qüvvələrinin batan gəminin doqquz nəfərlik ekipajını xilas etməsi əməkdaşlığın və operativliyin sübutudur. Bununla belə, hansısa yeni bir razılaşmanın əldə olunacağını gələcək göstərəcək.
Baxış sayı: 647
Bölməyə aid digər xəbərlər

17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"
19-01-2023, 19:51
İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib
24-12-2022, 13:32
Fiqurlu konkisürən Medvedeva: Xəyallarınızın adamı etibarlı, dürüst və yaxşı yumor hissi ilə olmalıdır
21-12-2022, 13:00
Psixoloq Ronaldonun Messini 2022 Dünya Kubokunu qazanması münasibətilə niyə təbrik etmədiyini izah etdi
7-12-2022, 22:33
Nyu-Yorkda polis işləyən azərbaycanlı qadın: “Ölkəm üçün hər zaman faydalı olmağa hazıram” - MÜSAHİBƏ + FOTO
4-12-2022, 22:36
Əsgərləri şəhid komandirlərinə ehsan veriblər-VİDEO+FOTOLAR
4-12-2022, 13:30
ABŞ İranla nüvə sazişini müzakirə etmək fikrində deyil
4-12-2022, 13:19
Sankt-Peterburq zavodu plandan artıq gülləkeçirməz jiletlər verir
9-11-2022, 20:21
Deputat Svetlana Jurova: "ABŞ seçkilərdən sonra Kiyevə faydalı olarsa, kömək etməyə davam edəcək"
1-11-2022, 19:28
ABŞ senatoru Baydenin "ən böyük günahını" diqqətə çatdırdı
27-10-2022, 02:45
David Namaniya: Biz Azərbaycanla bərpaolunan enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik
13-10-2022, 23:47
“Onlardan topu almaq heç də asan deyildi” - “Olimpiakos”un baş məşqçisi
13-10-2022, 20:40
Abdul-Hamid Qafarov: “Azərbaycanı yüksək səviyyəli avtomobil yarışlarında təmsil etməkdən qürur duyardım”
9-10-2022, 20:21
“Daha hakimlərin işinə qarışmayacam” - Qurban Qurbanov
20-09-2022, 21:59
"Təhsildə ən ciddi problem müəllimlərlə bağlıdır"- Misir Mərdanov
15-09-2022, 09:45
“Ravil deyirdi ki, mən ya Milli Qəhrəman, ya da general olacam”
7-09-2022, 18:08
Əli Hüseynli partiyalar haqqında yeni qanundan danışdı
2-09-2022, 16:09
İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi-VIDEO
23-08-2022, 17:03
“Erməni ilə görüş çətin keçdi” - Dünya çempionumuz