Hacı İbrahim “Xəzər adaları”nı dövlətə verməyə məcbur oldu - AÇIQLAMA
Tarix: 01-07-2019 18:40 | Bölmə: Müsahibə
                

Azərbaycan Beynəlxalq Bankına (ABB) külli miqdarda borcu olduğuna görə, “Avesta Konserni” MMC-nin prezidenti, tanınmış və qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) “Xəzər adaları” layihəsi müsadirə olunub. 
Modern.az saytı Unikal.org-a istinadən xəbər verir ki, İ.Nehrəmlinin milyardlıq layihəsi əlindən alınaraq millət vəkili Kamran Nəbizadənin baş direktoru olduğu “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyinə verilib.
Hacı İbrahim xəbəri təsdiqləyib. O “Xəzər adaları” layihəsini banka olan borcunu ödəmək məqsədi ilə dövlətə bağışladığını deyib: 
"Mən “Xəzər adaları”nı Məmməd Musayevin sahibi olduğu "Aqrarkredit” qeyri-bank kredit təşkilatına vermişəm. Onlar da bu ərazini millət vəkili Kamran müəllimin baş direktoru olduğu “Azərbaycan Sənaye Korporasiyasının” (ASC) balansına keçiriblər”. 
Hacı İbrahim “Xəzər adaları” layihəsinə dövlət tərəfindən qoyulan qiymətini də açıqlayıb:
“Mənim Azərbaycan Beynəlxalq Banka olan borcum buna görə bağlanıldı. Əmlakın dəyəri 720 milyon manat qiymətləndirildi. Banka olan borcumun faiz hissəsi məndən tutulmadığı üçün, əmlakın dəyəri 570 milyon manat oldu. Buna görə, mənə 150 milyonu qaytarmalı idilər.  Mən də dedim ki, istəmirəm, dövlətə bağışlayıram. Bütün borclarım bağlandı. İndi mənim bir manat da olsun borcum yoxdur. Nə alacağım var, nə də verəcəyim! Mən bütün kreditlərimi 100 faiz ödəməli oldum".


Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər