Bütün xəbərlər
Bakıdakı finalın ən yaxşı oyunçusu: "Mən yeni macəralar üçün özümü hazır hiss edirəm"
Tarix: 30-05-2019 02:54 | Bölmə: Müsahibə

                                   


"İlk hissə bir az gərgin keçdi, hər iki komanda ehtiyatlı oynadı. İkinci hissəyə yaxşı başladıq və ilk qoldan sonra oyuna nəzarət etdik. Ardınca digər qollar gəldi. İkinci hissədə komanda şəklində oynadıq, daha çox mübarizə apardıq və qələbə qazanmaq üçün döyüşdük. Bu gecə bizim üçün möhtəşəm oldu"
"Report" xəbər verir ki, bu sözləri "Çelsi"nin futbolçusu Eden Azar Avropa Liqasının Bakıda keçirilən finalında "Arsenal"a 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında bildirib
Belçikalı futbolçu gələcəyi ilə bağlı qərarı 2 həftə əvvəl klub rəhbərliyinə bildirdiyini deyib: "Fikrimcə, bu yaxşı sonluq olar. Mən yeni macəralar üçün özümü hazır hiss edirəm. Bu klubda 7 il keçirdim və arzularlmı yerinə yetirdim. Klub rəhbəliyi ilə 2 həftə əvvəl danışmışam. Qarşıdakı günlərdə nələrin olacağını görəcəyik."


Baxış sayı: 618


Bölməyə aid digər xəbərlər