23:30 / 17-06-2019
TƏBRİK EDİRİK!
"Sumqayıt"ın baş məşqçisi: "Yəqin ki, komandadan gedəcəyəm"
Tarix: 19-05-2019 19:57 | Bölmə: Müsahibə

                            


Azərbaycan Kubokunun final qarşılaşmasında “Qəbələ”yə 0:1 məğlub olaraq titul qazanmaq şansını qaçıran “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib.
"Report"un Naxçıvana ezam olunmuş müxbiri xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bölüşüb.
- Finalın mahiyyətini dərk edirdik. Həftəboyu çalışdım uşaqlar soyuqqanlı olsunlar. Təəssüf ki, ilk 15 dəqiqədə həyəcanlı idik. Qol buraxdıqdan sonra toparlanmağa çalışdıq. Nələrəsə nail olmaq istəyirdik. “Sumqayıt”ın finalda oynaması özü bir uğur idi. Avropaya getmək üçün daha çox iş görmək lazımdı. Yaxın günlərdə klub rəhbərliyi ilə görüşəcəm və hər şeyə aydınlıq gələcək.
Komandanızdakı inamsızlıq nədən qaynaqlanırdı?
- Futbolçularımızın əksəriyyəti təcrübəsiz idi. Final həyəcanı ən adlı-sanlı klublarda olur. Təəssüf ki, bacarmadıq.
Qeyd etdiniz ki, gedə də bilərsiniz. Hansı ehtimal daha yüksəkdi, getmək, yoxsa qalmaq?
- Yəqin ki, gedəcəyəm.
“Qəbələ” Kuboku haqq etdimi?
- Final tək oyundu. “Qəbələ” də Kuboku qazanmaq istəyirdi, biz də. Desəm ki, layiq deyildilər, ədalətsizlik olar.


Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər