Bütün xəbərlər
Hacı Qalib: “Azərbaycanda 4 nəfər var ki, övladı ilə Kəbə evinin içində olub”
Tarix: 12-05-2019 12:41 | Bölmə: Müsahibə
Hacı Qalib: “Azərbaycanda 4 nəfər var ki, övladı ilə Kəbə evinin içində olub” 



“Ənənəvi arzum odur ki, ildə bir dəfə Kəbə evini ziyarət edim. Hazırda Ümrə ziyarətindən qayıtmışam. Ona “kiçik Həcc” də deyirlər. Arxayınam ki, ildə bir dəfə ayağım Kəbə evinə dəyir”.
 Bunu Modern.az-a açıqlamasında sabiq deputat Hacı Qalib Salahzadə deyib.
 O bildirib ki, illərdir Kəbə evinə gedib-gəlir.
 “1990-cı illərdən ziyarətə gedirəm. Elə vaxt olub ki, ildə 3 dəfə getmişəm. Allahın böyüklüyünə qurban olum. O məsləhət bilsə, gedəcəm. Həcc ziyarəti vərdiş kimidir. Müqəddəs torpaqlara ayağı dəyən insan hər il getmək istəyir. Elə hacı tanımıram ki, hər il Həcc ziyarətinə getmək arzusunda olmasın”.
 Hacı Qalib Həcc ziyarətinin baha olması barədə deyilənlərlə razılaşmayıb:
 “Allahın izni olmasa, kimsə Həcc ziyarətinə gedə bilməz. “Ay pulum,  imkanım var, verib gedərəm” söhbətləri boş şeydir. Həcc ziyarətinə Allahın dəvəti olmalıdır. Allah mənə qismət edib iki dəfə Kəbə evinin içərisində olmuşam. Birində oğlumla, birində isə tək olmuşam. Azərbaycanda 4 nəfər var ki, övladı ilə Kəbə evinin içində olub. Heydər Əliyev İlham Əliyevlə, İlham Əliyev oğlu Heydər Əliyevlə, Şeyxülislam oğlu Məhəmmədlə, bir də mən öz oğlumla Kəbə evinin içərisində olmuşam. Bu şəxslərdən başqa heç kim övladı ilə Kəbə evində olmayıb. Onlar dövlət səviyyyəsində ziyarət ediblər, mən isə kralın dəvəti ilə orada olmuşam”.


Baxış sayı: 855


Bölməyə aid digər xəbərlər