23:29 / 17-04-2024
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
23:09 / 17-04-2024
Amsterdam kütləvi turizmlə mübarizə məqsədilə yeni otellərin tikintisini qadağan edib
22:47 / 17-04-2024
Məktəblini vuran müəllimə qarşı cinayət işi açılıb
21:42 / 17-04-2024
Hindistan 1,44 milyard nəfərlə əhalinin sayına görə dünyada 1-ci yerdədir
21:38 / 17-04-2024
"Teleqraf": Konqo DR-də pandemiya potensialı olan meymun çiçəyi ştammı aşkar edilmişdir
21:32 / 17-04-2024
Yeni yardım layihəsi ABŞ prezidentini Kiyevlə təzminatla bağlı danışıqlar aparmağa məcbur edir
21:26 / 17-04-2024
Belçika və Çexiya Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təklif edir
19:25 / 17-04-2024
GÖMRÜK AKADEMİYASINDA DÖVLƏT GÖMRÜK KOMİTƏSİ YANINDA İCTİMAİ ŞURANIN ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
16:30 / 17-04-2024
G7-nin yaratdığı qrupa İsveçrə daxil edilməyəcək
16:20 / 17-04-2024
Təyyarəni sahəyə endirən pilot Ural Hava Yollarından istefa verib
16:16 / 17-04-2024
Vıqovski: "Almaniyada Rusiya Federasiyasına aparıldığı hesab edilən 161 ukraynalı uşaq tapılıb
16:07 / 17-04-2024
Rəisi: "İranın zərbəsi İsraili cilovlamaq məqsədi daşıyırdı"
13:03 / 17-04-2024
Azərbaycan XİN: Paris Bakını qorxuda bilməyəcək
11:22 / 17-04-2024
Baykal gölündə hava gəmisinin batması nəticəsində iki nəfər ölüb
11:17 / 17-04-2024
Kurqan vilayətində 660-dan çox yaşayış evi və 2,3 mindən çox bağ evi su altında qalıb
11:13 / 17-04-2024
Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
11:07 / 17-04-2024
Tümen vilayətində 14 yaşayış məntəqəsinin sakinləri daşqın səbəbindən təxliyə edilir
11:02 / 17-04-2024
Miqrantlar üçün rusiyalı qadınlarla uydurma nikahlar təşkil edən dəstə ifşa edilib
10:59 / 17-04-2024
Putin: "Rusiya epidemiyanın qarşısının alınması sahəsində Afrika ilə əməkdaşlıq edir"
10:46 / 17-04-2024
Omskda naməlum şəxs bank filialında partlayış törədib
23:38 / 16-04-2024
Moskvada başqa bir özəl klinikada daha iki xəstə dünyasını dəyişib
23:27 / 16-04-2024
Bayden Rusiya ilə əlaqəli gəmilərin ABŞ limanlarına girməsinə qoyulan qadağanı uzadıb
23:18 / 16-04-2024
Kadırov Alaudinovun yeni təyinatını açıqlayıb
23:10 / 16-04-2024
RAC1: Barselona azarkeşləri komandalarını daşıyan avtobusa hücum etdilər
23:04 / 16-04-2024
MAQATE müfəttişlərini müvəqqəti olaraq İrandan geri çağırır
22:41 / 16-04-2024
"Bloomberg": Makron Putini sürprizlə tutmağa çalışmaqdan əsəbiləşib
22:33 / 16-04-2024
Lukaşenko vədlərinə əməl etməyən qubernatorları həbslə hədələyib
22:28 / 16-04-2024
Rusiya yığmasının həndbolçuları ilk yoldaşlıq görüşündə Belarus yığmasına qalib gəlib
22:23 / 16-04-2024
Tokayev rus dili ətrafında isteriya oyatmağı axmaqlıq hesab edir
22:19 / 16-04-2024
"Malaqa"nın futbolçusu köynəyini azarkeşə 50 avroya verib
16:59 / 16-04-2024
PCT: Ruslar aktiv şəkildə Türkiyəyə turlar alırlar
16:54 / 16-04-2024
Olaf Şolts Si Cinpindən Rusiyaya təsir göstərməsini istəyib
16:50 / 16-04-2024
Sklifdə insan sağlamlığını bərpa edən kapsulların görünməsinə icazə verildi
16:46 / 16-04-2024
Ukrayna dəniz piyadaları Xerson vilayətində hücuma məruz qalıb
“Azərsu”nun mühəndisi: İlk vaxtlar evə gec gedəndə arvadım məndən inciyirdi
Tarix: 03-01-2019 00:19 | Bölmə: Müsahibə
Oxu.Az-ın suallarını “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin operativ idarəetmə şöbəsinin aparıcı mühəndisi Hüseyn Ağasıyev cavablandırıb:
- Uzun illərdir bu sahədəsiniz?
- Universiteti bitirdikdən sonra mühəndis işləmişəm. 1982-ci ildə Nərimanov rayonunun su idarəsində mühəndis, 1989-1992-ci illərdə texniki şöbəsində çalışmışam. Daha sonra rayonun rəisi vəzifəsinə qədər qalxmışam. 2017-ci ilə kimi “Azərsu” ASC-nin Nəsimi rayon su-kanal idarəsinin baş mühəndisi işləmişəm. İndi də fəaliyyətimi Operativ idarəetmə şöbəsində davam etdirirəm.
Əsas məqsədimiz əhalini dayanıqlı su ilə təmin etmək və baş vermiş qəzaları aradan qaldırmaqdır. Sovet dövründə texnika yox idi və çətinliklər olurdu. Bakı şəhərində o vaxt 13 rayona xidmət edəcək cəmi üç texnika var idi. Bəzən olurdu ki, hər hansı bir rayonda qəza olanda bir həftəyə yaxın texnika gözləyirdik.
İndi vəziyyət tamam fərqlidir, hər bir rayonun bir neçə xüsusi texnikası var. Və bu da imkan verir ki, qəzalar tez bir zamanda aradan qaldırılsın. Bununla da su fasilələrinin müddətini və itkilərin həcmini minimuma endirməyə nail olmuşuq.
- Daha çox hansı ərazilərdə su ilə bağlı qəzalar olur?
- Nəsimi və Nərimanov rayonlarında ən çox problemlərlə fərdi yaşayış evlərinin, xüsusən Sovet dövrü gecəqondularının salındığı məhəllələrdə qarşılaşmışıq. Alatava, Kubinka deyilən ərazilərdə primitiv qaydada, sakinlər tərəfindən necə gəldi çəkilən su xətləri var ki, tez-tez qəzalar baş verir.
- Qəzalarla necə xəbəriniz olur? Hansı müddətə aradan qaldırılır?
- “Azərsu” ASC-nin qaynar xəttinə və ya yerli rayon idarələrimizə qəza barədə məlumat gəlir. Hadisə hansı rayon ərazisində baş veribsə, o rayona məlumat verilir və araşdırılır. Daha sonra digər məsul qurumlara da məlumat verilir. Qəzanın aradan qaldırılması növündən və miqyasından asılıdır.
Bu, bir saat da çəkə bilər, bir neçə sutka da. Görürsən ki, şəhərin mərkəzində hərəkətin intensiv olduğu küçədə su qəzası var, amma məcburuq orada gecə saatları işləyək. Bu kimi hallar bəzən qəzanın aradan qaldırılmasının müddətini artırır.
- Tez-tez qarşılaşırıq ki, evdə içməli suyun verilməsi dayandırılır və yenidən bərpa olunanda artıq su çirkli olur. Bunun səbəbi nədir?
- Hansı xətt uzun müddətli istismarda olursa, həmin xətlərin dib hissəsində çöküntü yarana bilir. Qəza olanda o xətt boşaldılır, qəzalı hissəsi təmir olunur və yenidən şəbəkəyə suyun verilişi bərpa olunanda borunun dib hissəsində toplanmış çöküntü su ilə qarışır. Amma suyun nisbətən bulanıq gəlməsi çox çəkə bilməz, 5-10 dəqiqədən sonra tam duru su gələcək və bu da uzun illərdir istismar olunan xətlər üçün qəbulediləndir.
- Gün ərzində neçə qəza qeydə alınır?
- Bizim xidmət 24 saat işləyir. Gecə qəzalar baş verən zaman təmir olunur. Gecə briqadaları olmasa, gün ərzində baş verən qəzaları aradan qaldıra bilmərik. Şəhərin müxtəlif yerlərində intensiv hərəkətlər var. Biz onları gündüz gözləyir, axşamlar işləyirik.
“Azərsu” ASC istədiyi yeri qazıb qəzanı aradan qaldıra bilmir. Biz Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verdikdən sonra küçələrdə təmir işləri aparırıq. Qəzanın müddətinin uzanmasının səbəbi digər qurumlara məlumat verməyimiz və müsbət cavab almağımızla bağlıdır.
Gündəlik hər bir rayonda iki qəza briqadası işləyir, su üzrə iki, kanalizasiya xidməti üzrə iki briqada. Ümumilikdə Abşeron yarımadasında hər gün irili-xırdalı 200-dən çox qəza baş verir. Bakı genişlənir, ətraf ərazilər böyüyür, zirzəmilərdən keçən, istismar müddətini başa vuran xətlərdə qəzalar olur.
- Bu işin çətinlikləri nələrdir?
- Magistral kəmərlərdə qəzalar olan zaman suyun boşaldılması 8-10 saat vaxt aparır. Yer var ki, oranın təmirinə cəmi iki saat vaxt ayrılır. Amma su borunun boşaldılması və təmirdən sonra doldurulması 12-20 saat vaxt aparır. Çünki su birdən xəttə buraxılsa, təzyiqlə gələn su borunu yenidən partlada bilər. Yəni hidravlik rejimlərə əməl olunmaqla bu proses həyata keçirilməlidir.
Tam səmimi deyirəm, Bakı kimi böyük bir meqapolisdə insanları su ilə təmin etmək çox çətin işdir. 1000 km-lərlə əsas şəbəkə, paylayıcı xətlər, aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, yeni yolların salınması və s. bizim işimizi daha da artırır. Bəzən olur ki, problem qonşular arasında olur. Qonşu digər qonşunun başına su axıdır, təmiri üçün qapını açmır, bizim əməkdaşları içəri buraxmır. Bəzən bu kimi problemləri “JEK” işçilərinin, polisin köməyi ilə həll edirik.
- Qəzalar daha çox hansı ərazilərdə olur?
- Qəsəbələrdə çox olur. Binəqədi, Sulutəpə, Biləcərini misal çəkmək olar. Çünki orada insanlar su xətlərinin üzərində evlər tikir. Adam var qaz borusu ilə, adi kapron boru ilə və ya neft borusu ilə su xətti çəkir. Belə hallar sonradan həm sakinlərə, həm də bizə ciddi başağrısı olur. Bu gün Bakının bir hissəsinin su xətləri 1930-1940-cı illərdə çəkilib. Onlar hissə-hissə yenilənir.
- Siz əvvəldən bu sahədə, ağır sahədə işləmisiniz. İşinizə görə evdə problemlərlə qarşılaşmısınız?
- Elə vaxt olub ki, fasiləsiz günlərlə işləmişəm. Elə olurdu ki, 24 saat ərzində qəzaların təmirinə çalışırdıq. Gecələr evə getmişəm və ya heç getməmişəm. Bunlara görə ilk vaxtlar olub ki, həyat yoldaşım məndən inciyib, danışmayıb. Mən izah etmişəm ki, qəza baş verirsə, təmir edilməlidir. Daha sonra həyat yoldaşım bu vəziyyətə öyrəşdi.
20:00-dan sonra evə getmirdimsə, bilirdi ki, qəza olub və mən problemi həll etməmiş gəlməyəcəm. Çünki bura kommunal sahədir, xidmət sahəsidir, əhalini susuz qoymaq olmaz. Elə olub ki, yaxın qohumlarımın xeyir işinə, hətta yasına belə gedə bilməmişəm. Amma indi hamı buna öyrəşib, bilirlər ki, bunlar işə görədir.
Əgər 7/24 saat xidmət sahəsində işləyirsənsə, ələlxüsus da su-kanalizasiya kimi strateji və məsuliyyətli sahədə, bunu izah etmək elə də çətin deyil.
- Yadda qalan hadisə olubmu?
- Bir dəfə gecə saat 01:00-da xəbər gəldi ki, Türkiyə səfirliyini su basır. Bu əraziyə yaxında yaşadığım üçün tez əraziyə getdim. 30 santimetr hündürlüyündə lil və su səfirliyin ərazisinə dolmuşdu. Səhərə kimi suyun içində işlədik və əlavə briqadalar cəlb eləməklə subasmanın qarşısını ala bildik.
Baxış sayı: 665
Bölməyə aid digər xəbərlər

3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"
19-01-2023, 19:51
İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib
24-12-2022, 13:32
Fiqurlu konkisürən Medvedeva: Xəyallarınızın adamı etibarlı, dürüst və yaxşı yumor hissi ilə olmalıdır
21-12-2022, 13:00
Psixoloq Ronaldonun Messini 2022 Dünya Kubokunu qazanması münasibətilə niyə təbrik etmədiyini izah etdi
7-12-2022, 22:33
Nyu-Yorkda polis işləyən azərbaycanlı qadın: “Ölkəm üçün hər zaman faydalı olmağa hazıram” - MÜSAHİBƏ + FOTO
4-12-2022, 22:36
Əsgərləri şəhid komandirlərinə ehsan veriblər-VİDEO+FOTOLAR
4-12-2022, 13:30
ABŞ İranla nüvə sazişini müzakirə etmək fikrində deyil
4-12-2022, 13:19
Sankt-Peterburq zavodu plandan artıq gülləkeçirməz jiletlər verir
9-11-2022, 20:21
Deputat Svetlana Jurova: "ABŞ seçkilərdən sonra Kiyevə faydalı olarsa, kömək etməyə davam edəcək"
1-11-2022, 19:28
ABŞ senatoru Baydenin "ən böyük günahını" diqqətə çatdırdı
27-10-2022, 02:45
David Namaniya: Biz Azərbaycanla bərpaolunan enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik
13-10-2022, 23:47
“Onlardan topu almaq heç də asan deyildi” - “Olimpiakos”un baş məşqçisi
13-10-2022, 20:40
Abdul-Hamid Qafarov: “Azərbaycanı yüksək səviyyəli avtomobil yarışlarında təmsil etməkdən qürur duyardım”
9-10-2022, 20:21
“Daha hakimlərin işinə qarışmayacam” - Qurban Qurbanov
20-09-2022, 21:59
"Təhsildə ən ciddi problem müəllimlərlə bağlıdır"- Misir Mərdanov
15-09-2022, 09:45
“Ravil deyirdi ki, mən ya Milli Qəhrəman, ya da general olacam”
7-09-2022, 18:08
Əli Hüseynli partiyalar haqqında yeni qanundan danışdı
2-09-2022, 16:09
İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi-VIDEO
23-08-2022, 17:03
“Erməni ilə görüş çətin keçdi” - Dünya çempionumuz