Bütün xəbərlər
"Neftçi"nin müdafiəçisi: "Yeni ili ailəmlə birlikdə keçirmək istəyirəm" - MÜSAHİBƏ
Tarix: 05-12-2018 19:34 | Bölmə: Müsahibə

                          

 "Neftçi" klubunun müdafiəçisi Anton Krivotsyuk klubun rəsmi saytının suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir: 
- Azərbaycan Premyer Liqasının XIV turunda "Sumqayıt”la qarşılaşacaqsınız. Bu oyuna hazırlıq necə keçir?
- Digər oyunlara olduğu kimi, "Sumqayıt”la matça da hazırlıq tam sürətlə davam edir.
- Artıq qış çempionusuz...
- Bəli. Amma qış çempionu olmaq daha çox o baxımdan əhəmiyyətlidir ki, mənə və komanda yoldaşlarıma təzyiq azalır.
- Bu mövsüm artıq iki dəfə rəqib qapılarından top keçirmisiz...
- Bəli. Heç vaxt bu qədər çox qol vurmamışdım... (gülür)
- Hiss edirsiz ki, oyununuzu daha da yaxşılaşdırmınız?
- Hələ ki, hiss etmirəm. Deməli, az çalışmışam. Daha da çox işləmək lazımdır.
- "Sumqayıt” komandası haqqındada nə deyə bilərsiniz?
- Bu komanda hələ nəyə qadir olduğunu göstərməyib. "Sumqayıt” oyundan-oyuna daha da inamlı çıxış edir.
- Yeni ili harada keçirmək istəyirsiniz?
- "Sumqayıt”la oyunu başa vuraq, sonra bu barədə düşünmək olar. Yeni il ərəfəsində həmişə bayram əhval-ruhiyyəsində oluram. Bayramı harada qeyd edəcəyimi hələ bilmirəm. Amma bir şey dəqiqdir ki, Yeni ili ailəmlə birlikdə keçirmək istəyirəm.


Baxış sayı: 745


Bölməyə aid digər xəbərlər