01:51 / 25-04-2024
Şəhid Elvin Həsənovun mövludu olub-VİDEO+FOTOLAR
23:52 / 24-04-2024
Fransada Olimpiadada terror aktı planlaşdıran yeniyetmə saxlanılıb
22:59 / 24-04-2024
Moskva vilayəti hökumətinin keçmiş sədr müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
22:31 / 24-04-2024
İlon Mask əmindir ki, gec-tez Qərbdə vətəndaş müharibəsi başlayacaq
22:24 / 24-04-2024
Bayden: "ABŞ bir neçə saat ərzində Ukraynaya silah tədarükünü bərpa edəcək"
22:20 / 24-04-2024
Dudayev: "Kadırov həddindən artıq güc, sağlamlıq və enerji ilə xəstədir"
22:15 / 24-04-2024
Üç rusiyalı boksçu Avro-2024-də medallara zəmanət verib
22:11 / 24-04-2024
Komi məhkəməsi Kasparov və Qudkovu qiyabi həbs edib
22:07 / 24-04-2024
FSB Tambovda terror aktı hazırlayan diversantı saxlayıb
21:55 / 24-04-2024
Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurları-Aybəniz Rüstəmova
21:45 / 24-04-2024
Lukaşenko bildirib ki, o, heç vaxt oğru olmayıb və övladlarına buna imkan verməyəcək
21:41 / 24-04-2024
Podnosova: "2023-cü ildə 39 milyon məhkəmə işinə baxılıb"
21:35 / 24-04-2024
Rusiyanın məhkəmə sistemində ciddi dəyişikliklər olmayacaq
21:32 / 24-04-2024
Pentaqon ATACMS raketlərinin Ukraynaya verildiyini təsdiqləyib
16:00 / 24-04-2024
Ukrayna Avropa Komissiyasından 1,5 milyard avro alıb
15:52 / 24-04-2024
"Spartak"ın sabiq baş məşqçisi Tedesko "Milan"ın qısa siyahısına daxil olub
15:46 / 24-04-2024
Qonşusunun qarajında qumbaranı partladıb
15:41 / 24-04-2024
Metroya giriş üçün pul ödəmək istəməyib...
15:31 / 24-04-2024
Londonda Kral At Mühafizəsinin bütün qaçan atları tutuldu
15:25 / 24-04-2024
Simferopol yaxınlığında çənlərin alışması nəticəsində 3 nəfər xəsarət alıb
10:49 / 24-04-2024
Ryazan yaxınlığında baş verən qəzada adi avtobusun sürücüsü həlak olub, 13 nəfər yaralanıb
10:37 / 24-04-2024
Primoryedə müalicə olunduqdan sonra nadir qartal təbiətə buraxılıb
10:31 / 24-04-2024
Odessada hərbi obyektdə baş verən partlayışlardan sonra şəhərin enerjisi qismən kəsilib
23:59 / 23-04-2024
Rusiya və ABŞ WADA-nın Çindən olan üzgüçülərlə bağlı qərarını tənqid edib
23:46 / 23-04-2024
Alek Bolduin təxribatçı jurnalistin əlindən telefonu çıxarıb
23:34 / 23-04-2024
Puşilin DXR rəhbərinin administrasiyasını ləğv etdi
23:27 / 23-04-2024
NATO Rusiya ilə münaqişə axtarmadığını bildirib
23:20 / 23-04-2024
Putinə müdafiə nazirinin müavininin saxlanması barədə məlumat verilib
22:50 / 23-04-2024
Zaporojye vilayətində PUA-nın hücumu nəticəsində 4 mülki şəxs həlak olub
22:44 / 23-04-2024
Rusiya müdafiə nazirinin müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
21:40 / 23-04-2024
Dani Olmo "RB Leipzig"dən ayrılaraq "Barselona"ya keçə bilər
21:35 / 23-04-2024
Paris Saint-Germain "Barselona"nın vunderkindi üçün 200 milyon avro ödəməyə hazırdır
21:30 / 23-04-2024
Baydenin helikopteri qazonda otların yanması səbəbindən ehtiyat vəziyyətinə gətirilib
21:25 / 23-04-2024
Bryanskda partlayış hazırlayan terror təşkilatının üzvü həbs edilib
21:19 / 23-04-2024
Raisi İsraili məhv etməklə hədələyib
21:13 / 23-04-2024
ABŞ Ukraynaya daha bir hərbi yardım paketi təqdim etməyə hazırlaşır
Aygün Bayramova: “İpə-sapa yatmırdım” - MÜSAHİBƏ
Tarix: 12-08-2018 13:02 | Bölmə: Müsahibə
Aygün Bayramova: “İpə-sapa yatmırdım” - MÜSAHİBƏ
Vikipediyaya görə, bu gün Azərbaycan xanəndəsi və opera müğənnisi, Xalq artisti Aygün Bayramovanın doğum günüdür. Yəni biz belə bilirdik.
Modern.az saytının əməkdaşı Xalq artistinin doğum günü təəssüratlarını öyrənmək üçün onunla əlaqə yaradarkən məlum oldu ki, xanəndənin doğum günü əslində 13 avqustdadır. Buna baxmayaraq Aygün xanım suallarımızı cavabsız qoymadı:
- Doğum gününüzü təbrik edirik, Aygün xanım.
- Vikipediyada səhv yazıblar əslində mənim doğum günüm avqustun 13-üdür.
- Biz də həm doğum gününüzü təbrik edib, həm də həmsöhbət olmaq istədik sizinlə.
- Nə olacaq ki, siz də erkən təbrik etmiş olarsınız. Çox sağ olun. Siz birinci deyilsiniz. Əksəriyyət doğum günümün bu gün olduğunu bilir, təbrik edirlər. Hətta keçən il sənət dostlarıma deyirəm ki “Başqaları bilmir. Siz sənət dostusunuz, bilin də”. Ayın axırına qədər təbriklər qəbulumdur. (gülür)
- Adətən yaş artdıqca insanların fikirləri dəyişir. Hiss edirsinizmi ki, fikirləriniz dəyişib?
- Təbii ki. Gənclik illərində insan bir az çılğın olur. Mən uşaq vaxtı həddindən artıq dəcəl olmuşam, ipə-sapa yatmamışam. Bəlkə də evin balacası idim, daha çox əzizlənirdim, ona görə. Zaman keçdikdə insanın fikirləri dəyişir. Məsələn, mən keçən il düşündüyüm müəyyən şeylərlə bağlı artıq tamamilə fərqli fikirdəyəm. Məncə, hər kəsdə belədir. Lakin içimdə bir gənclik, uşaqlıq hələ də var. Bəzən görürsən ki, biri gənc olmasına baxmayaraq sanki həyatı bitib. İllər ötdükcə insan hər bir şeyə daha diqqətlə yanaşmağa çalışır. Ümumiyyətlə mənim heç zaman yaş krizim olmayıb. Yəqin ki, bundan sonra da belə olacam. ”Yaşımın üstünə yaş gəldi, bu ad günüm də belə getdi” -, deyə heç vaxt düşünməmişəm, düşünmərəm də.
- Bəs ifalarınız haqqında necə düşünürsünüz? Əvvəlki illərlə müqayisədə dəyişiklik varmı?
- Ümumiyyətlə yaşın ifaya heç bir təsiri yoxdur. Şəxsən bu, mənim üçün belədir. Mən həmişə ciddi musiqi ilə məşğul olmuşam. Muğam mənim üçün birinci yerdədir. Xalq mahnıları, bəstəkar mahnıları – yeni mahnılar ifa etmişəmsə, inanın, onun sözlərinə, musiqisinə önəm vermişəm. Sənətimə hər zaman ciddiliklə yanaşmışam.
- Lakin sizi efirlərdə çox az görürük.
- Mən gəncliyimdən, tələbəlik vaxtlarımda da iştirak edəcəyim verilişlərə diqqət edirdim. Düzdür, o zaman televiziya kanalları az idi. Amma verilişlərə gedəndə hansı qonağın efirdə olmağı mənim üçün çox önəmlidir.
Təkliflər həddindən artıq çox olur. Mən bu təklifləri qəbul etsəydim, hər gün məni efirlərdə görərdiniz. Hər gün də olmasa, ən azı həftədə üç dəfə. Lakin təklifləri qəbul etmirəm. Özünüz də görürsünüz , müəyyən aparıcılar dünənki ifaçını necə təmtəraqla tədqim edirlər. Hər şeyin zamanı var. Əlbəttə, gənc istedad ola bilər. Bu o demək deyil ki, gənc ifaçı yaxşıdır və ondan yoxdur. Belə demək olmaz. Bir xanəndənin yetişməyi üçün bilirsiniz neçə illər lazımdır? Səsin gözəlliyi böyük sənətkar olmağa dəlalət etmir. Bu cür şeylər çox önəmlidir. Ona görə də hansı efirlərə gedib-getməməli olduğuma özüm qərar verirəm.
- Maraqlıdır, yeni yaşınızdan gözləntiniz nələrdir?
- Yaş vacib deyil. Önəmli olan əzizlərimlə, doğmalarımla ad günü keçirmək, insanlardan gözəl sözlər eşitməkdir. Bu elə bir dünyadır.
- Belə başa düşdük ki, təmtərağı sevmirsiniz.
- Heç zaman təmtərağı sevməmişəm. Hər bir şeydə belədir. Sadəliyə daha çox üstünlük verirəm. Məndə hər şey konkretdir.
- Bəs geridə qalan illərinizi necə qiymətləndirirsiniz?
- Çox yaxşı. Bilirsiniz, mənim uşaqlıq illərim Ağdamda keçib. Bu gözəl torpaqda doğulmuşam. Təəssüf ki, öz torpaqlarımıza gedə bilmirik. Nəinki Ağdam, həmçinin Şuşa, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan və digər işğal olunmuş ərazilərimiz. 9 yaşım olanda ifaya başlamışam. O illərə - Ağdamlı illərimə çox qayıtmaq istəyərdim. Mənim orda o qədər gözəl uşaqlıq, məktəb illərim keçib ki. İnanın, bu mənim ən yaralı yerimdir. O yerdə doğulub, suyunu-havasını içib 25 ildir , torpaqlarımıza həsrət qalmaq çətindir. Ümid edirəm ki, bir gün o torpaqlara dönmək bizə qismət olar.
- Aygün Bayramova sözün hər mənasında xoşbəxtdirmi?
- Mən özümü xoşbəxt sayıram. Birincisi, gözəl ailədə dünyaya gəlmişəm. Ətrafımda gözəl insanlar, bacı-qardaşlarım, valideynlərim varsa, niyə də özümü xoşbəxt saymayım?
Allahın mənə gözəl səs bəxş etməsi də xoşbəxtlikdir. Bu elə birinci sırada durur. İstedad, səs hər kəsə verilmir, yalnız Allah tərəfindən seçilmiş insanlara verilir. Təkcə xanəndələr deyil, gözəl rəssamlar, estrada ifaçıları, heykəltəraşlar və sair. Allahın ən böyük hədiyyəsi səsimdir.
- Aygün xanım, ailənizi böyütmək fikriniz varmı? Yəni övlad sahibi olmaq.
- (Gülür) Bu, Allahın işidir. Nəsib edərsə, olsun. Açığı, ailə haqqında danışmağı xoşlamıram. Bu mənim xasiyyətimdir. O ailə mənə aiddir, bizim ikimizə aiddir. Ailəmi önə gətirmək fikrində olmamışam. Həmişə deyirəm, sənətim xalqa məxsusdur, amma ailəm özümə aiddir.
Baxış sayı: 964
Bölməyə aid digər xəbərlər

17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"
19-01-2023, 19:51
İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib
24-12-2022, 13:32
Fiqurlu konkisürən Medvedeva: Xəyallarınızın adamı etibarlı, dürüst və yaxşı yumor hissi ilə olmalıdır
21-12-2022, 13:00
Psixoloq Ronaldonun Messini 2022 Dünya Kubokunu qazanması münasibətilə niyə təbrik etmədiyini izah etdi
7-12-2022, 22:33
Nyu-Yorkda polis işləyən azərbaycanlı qadın: “Ölkəm üçün hər zaman faydalı olmağa hazıram” - MÜSAHİBƏ + FOTO
4-12-2022, 22:36
Əsgərləri şəhid komandirlərinə ehsan veriblər-VİDEO+FOTOLAR
4-12-2022, 13:30
ABŞ İranla nüvə sazişini müzakirə etmək fikrində deyil
4-12-2022, 13:19
Sankt-Peterburq zavodu plandan artıq gülləkeçirməz jiletlər verir
9-11-2022, 20:21
Deputat Svetlana Jurova: "ABŞ seçkilərdən sonra Kiyevə faydalı olarsa, kömək etməyə davam edəcək"
1-11-2022, 19:28
ABŞ senatoru Baydenin "ən böyük günahını" diqqətə çatdırdı
27-10-2022, 02:45
David Namaniya: Biz Azərbaycanla bərpaolunan enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik
13-10-2022, 23:47
“Onlardan topu almaq heç də asan deyildi” - “Olimpiakos”un baş məşqçisi
13-10-2022, 20:40
Abdul-Hamid Qafarov: “Azərbaycanı yüksək səviyyəli avtomobil yarışlarında təmsil etməkdən qürur duyardım”
9-10-2022, 20:21
“Daha hakimlərin işinə qarışmayacam” - Qurban Qurbanov
20-09-2022, 21:59
"Təhsildə ən ciddi problem müəllimlərlə bağlıdır"- Misir Mərdanov
15-09-2022, 09:45
“Ravil deyirdi ki, mən ya Milli Qəhrəman, ya da general olacam”
7-09-2022, 18:08
Əli Hüseynli partiyalar haqqında yeni qanundan danışdı
2-09-2022, 16:09
İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi-VIDEO
23-08-2022, 17:03
“Erməni ilə görüş çətin keçdi” - Dünya çempionumuz