Bütün xəbərlər
Eşqi Bağırov: "Vakant müəllim yerlərinin sayı barədə nəsə demək tezdir"
Tarix: 29-04-2020 13:59 | Bölmə: Müsahibə

             Eşqi Bağırov: "Vakant müəllim yerlərinin sayı barədə nəsə demək tezdir"


“Hər il olduğu kimi Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları ilə bağlı hazırlıq işləri görülür. MİQ imtahanlarının ləğvi ilə bağlı hər hansı qərar yoxdur”. 
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov APA-ya açıqlamasında bildirib ki, bu, müsabiqəyə hazırlaşmaq yalnız texniki məsələ deyil: “Həmçinin sualların hazırlanması, komissiyaların formalaşdırılması, eyni zamanda imtahanın təşkili ilə bağlı texniki təchizat məsələləri var. Bütün bu proseslərə hazırlıq işləri gedir. Fəaliyyət planına uyğun olaraq proseslər vaxtı-vaxtında icra olunur. Amma həmin dövrdə hansı qaydalar olacaqsa, hansı  rejim tətbiq ediləcəksə, o qaydalardan irəli gələrək ictimaiyyəti məlumatlandıracağıq”.
E.Bağırov qeyd edib ki, MİQ imtahanlarına hazırlıq dedikdə eyni zamanda vakansiyaların toplanması, təhlili məsələləri də yer alır. Şöbə müdirinin sözlərinə görə, hələ ki, vakant yerlərin sayı barədə nəsə demək tezdir. 


Baxış sayı: 579


Bölməyə aid digər xəbərlər