Bütün xəbərlər
Allahşükür Paşazadənin qardaşı: “Bəziləri elə bilir ki, şeyxin sosial şəbəkədən xəbəri yoxdur”
Tarix: 21-04-2020 23:58 | Bölmə: Müsahibə
               

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə son vaxtlar Facebook sosial şəbəkəsində aktivdir.
Şeyx şəxsi səhifəsində maraqlı paylaşımları ilə diqqət çəkir.
Şeyxülislamı sosial şəbəkədə izləyən hər kəsi bir sual düşündürür: Allahşükür Paşazadə səhifəsini özümü idarə edir?
Şeyxin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadə Modern.az-a açıqlamasında mövzuya münasibət bildirib:
“Bəziləri elə bilir ki, şeyxin sosial şəbəkə səhifəsindən xəbəri yoxdur. Ancaq bu doğru deyil. Səhifəsində yerləşdirilən hər material şeyxin icazəsi ilə paylaşılır. Səhifədə Allahşükür Paşazadənin icazəsi olmadan hansısa xəbər paylaşıla bilməz”.



                


Baxış sayı: 557


Bölməyə aid digər xəbərlər