22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
“Mənim üçün evdə oturmaq xoşdur” - Stadnik
Tarix: 15-04-2020 15:42 | Bölmə: Müsahibə

                 “Mənim üçün evdə oturmaq xoşdur”


Azərbaycan güləş yığmasının üzvü, 7 qat Avropa, 2 qat dünya çempionu Mariya Stadnikin “Qafqazinfo”ya müsahibəsi
- Karantin rejimində evdə hansı işlərlə məşğul olursuz?
- Karantin rejimində ailəmlə vaxtımı keçirirəm və şadam ki, onlarla birlikdə olmağa vaxt yarandı. Sakit şəkildə birgə yemək yemək, söhbət etmək və övladlarımın fantaziyalarına, gələcək arzularına qulaq asmaq heç də tez-tez alınmır.
- Məşq edə bilirsiniz?
- Evdə uşaqlarla məşq edirəm. Kros qaçıram, fiziki formamı saxlamağa çalışıram. Rezinlə, press və bir sıra  evdə edilməsi mümkün olan  məşqləri yerinə yetirirəm. Təəssüf ki, mənə lazım olan tam yüklənməni edə bilmirəm. Amma hazırda bütün dünyada idmançılar bu vəziyyətdədir. Ancaq öz səhvlərini təhlil etməyə, nəyin lazım olduğunu və əlavə edə biləcəklərimiz üçün vaxt yarandı.
- Ukraynada son vəziyyət necədir?

- Ukraynada hazırda xeyli sayda xəstə var və əksəriyyət karantin şəraitində saxlanılır.
- Tokio-2020 Olimpiya Oyunlarının təxirə salınması sizə necə təsir edəcək?
- Olimpiadanın təxirə salınması əlbətdə ki, idmançılara təsir edir. Bəziləri üçün bu üstünlükdür. Çünki onlar üçün əlavə məşq etməyə, daha yaxşı hazırlaşmağa vaxt yarandı. Amma bəziləri üçün çətin olacaq. Daha bir il formada qalmaq çətindir. 1 il müddətinə hər şey dəyişə bilər.
- Psixoloji cəhətdən idmançılara çətinlik yaranacaqmı?
- İdmançı güclüdürsə, təbii ki, psixoloji cəhətdən öhdəsindən gələcək, çünki mübarizə və hədəflərinə çatmaq müxtəlif çətinliklərə bağlıdır və o artıq buna öyrəşib.
- Sizcə, koronavirus dünya idmanına maddi olaraq zərbə vuracaqmı?
- Məncə koronavirus dünya iqtisadiyyatına böyük zərər vuracaq və bütün sahələrdə bu özünü əks etdirəcək. Amma ən başlıcası bu virusla mübarizə aparmaq və sağlam qalmaqdır.
- Güləş yığmasının digər üzvləri ilə danışırsınızmı?
- Komandam üçün darıxıram. Çünki komanda ikinci ailədir və mənim həyatımdır. Amma əminəm ki, bu vəziyyət bitəcək və biz yeni gücümüzlə məşqlərə başlayacağıq.
- Karantin bitdikdən sonra Azərbaycana gəlməyi düşünürsünüz?

- Bəli, Azərbaycana gəlməyi planlaşdırıram.
- Karantində ən çox nə üçün darıxırsız?
Düzünü desəm mənə evdə oturmaq xoşdur(gülür). Mənim üçün ən əsası qohumlarımın və yaxınlarımın sağlamlığıdır. Ona görə də onları qorumağa çalışıram və sağlamlığımızı qorumaq üçün bütün lazımlı tədbirlərə əməl edirəm.


Baxış sayı: 559


Bölməyə aid digər xəbərlər