12:41 / 19-04-2024
"SUMQAYIT! ƏBƏDİ YAŞA" LAYİHƏSİ mərhum şair Sabir Sarvana həsr olunmuşdu
09:32 / 19-04-2024
Rusiya Müdafiə Nazirliyi Stavropol vilayətində "Tu-22M3" təyyarəsinin qəzaya uğradığını təsdiqləyib
09:27 / 19-04-2024
“Liverpul” “Atalanta”ya qalib gəlsə də, Avropa Liqasından kənarda qalıb
09:23 / 19-04-2024
"Bayer Leverkuzen" və "Roma" Avropa Liqasının finalına çıxmaq uğrunda mübarizə aparacaq
08:15 / 19-04-2024
Robert Vud: "Fələstin BMT-nin tamhüquqlu üzvü ola bilməz"
08:09 / 19-04-2024
Kuleba Kobaxidzeni Gürcüstanın “ukraynalaşması” ilə bağlı sözlərə görə tənqid edib
08:04 / 19-04-2024
Qadın 13 yaşlı oğluna bıçaqla hücum edib
07:59 / 19-04-2024
ABŞ Argentinaya müdafiə üçün 40 milyon dollar verir
07:53 / 19-04-2024
Əlcəzair Fələstinin BMT-yə üzvlüyü perspektivinə əmindir
07:49 / 19-04-2024
Ana və azyaşlı oğul yanğın nəticəsində ölüb
07:45 / 19-04-2024
İsrail İranda bir obyektə raket zərbəsi endirib
07:40 / 19-04-2024
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
22:58 / 18-04-2024
Dövlət Departamenti: ABŞ Fələstinin BMT-yə daimi üzv kimi daxil olmasını dəstəkləməyəcək
22:52 / 18-04-2024
Makron: "Ukrayna üçün İsraillə eyni hava hücumundan müdafiə sistemi qurmaq mümkün deyil"
22:41 / 18-04-2024
CNN: Çad ABŞ-ı hərbi razılaşmanı pozmaqla hədələyir
22:32 / 18-04-2024
Zaxarova: "Kosovonun Avropa Şurasına daxil olmaq hüququ yoxdur"
22:27 / 18-04-2024
Mirançuk "Liverpul"la oyunda "Atalanta"nın start heyətində yer alıb
22:18 / 18-04-2024
Krımda “Ağ kostyum” neonasist qruplaşmasının 12 üzvü saxlanılıb
16:46 / 18-04-2024
Baş prokuror Çin Xalq Respublikasında işgüzar səfərdədir
16:34 / 18-04-2024
ABŞ Konqresinin üzvü Ukraynaya yardıma səs verənləri Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa dəvət edib
16:04 / 18-04-2024
"Bild": Rusiya səfiri casusluqda şübhəli bilinənlərin həbsindən sonra Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
15:59 / 18-04-2024
“Rubin”in baş məşqçisi Rəhimov Premyer Liqada bir oyunluq cəzalanıb

15:54 / 18-04-2024
SEPAH: İran İsrailin bütün nüvə obyektlərinin yerini müəyyənləşdirib və zərbə vurmağa hazırdır
15:42 / 18-04-2024
40-dan çox it aclıqdan və soyuqdan ölüb
15:36 / 18-04-2024
Bavariyada iki nəfər Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılıb
15:29 / 18-04-2024
Peskov: "Oçeretnının Fransadakı villasının həbsi qanunsuzdur"
15:24 / 18-04-2024
Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının idman zalına pilotsuz təyyarə ilə yenidən hücum edib
15:19 / 18-04-2024
Peskov: "ABŞ Kiyevə kömək etməklə özü üçün fayda axtarır"
15:14 / 18-04-2024
Zaxarova: "Almaniya Rusiyanı konsentrasiya düşərgəsi məhbuslarının xatirəsini yad etməyə dəvət etməyib"
15:10 / 18-04-2024
Rusiya Xarici İşlər Nazirliyi: MAQATE rəhbəri Qrossi tezliklə Rusiyaya səfər edə bilər
15:00 / 18-04-2024
İspaniyada 17 yaşlı idmançı meningitdən dünyasını dəyişib
14:57 / 18-04-2024
Müstəntiqlər iradına görə moskvalını öldürən miqrantın şəxsiyyətini müəyyən ediblər
14:51 / 18-04-2024
"Monako"nun futbolçusu Qolovin zədə səbəbindən mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda qoyub
14:47 / 18-04-2024
Peskov: "Kiyevə yeni yardım paketi cəbhədəki vəziyyəti dəyişməyəcək"
14:42 / 18-04-2024
Bayden əmisinin cəsədinin yoxa çıxmasını adamyeyənlərlə əlaqələndirib
14:37 / 18-04-2024
Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 8 nəfər yaralanıb
23:29 / 17-04-2024
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
23:09 / 17-04-2024
Amsterdam kütləvi turizmlə mübarizə məqsədilə yeni otellərin tikintisini qadağan edib
Almaniyada yaşayan azərbaycanlı həkim koronavirusla bağlı sirrləri açdı (MÜSAHİBƏ)
Tarix: 06-04-2020 14:59 | Bölmə: Müsahibə
Koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan Almaniyada təhsil alıb fəaliyyət göstərən Rottal İnn Klinikasının Ginekologiya Şöbəsinin həkim-rezidenti, həmyerlimiz Fidan Həsənova koronavirusla bağlı çoxlarının maraqlandığı sualları cavablandırıb.
Qaynarinfo publika.az-a istinadən müsahibəni təqdim edir:
- Almaniyada hazırda vəziyyət necədir?- Ölkə miqyasında karantin elan olunub. Amma evdən çölə çıxmaq üçün qadağa yoxdur. Sadəcə, zəruri olmadığı təqdirdə evdən çıxmaq məsləhət görülmür. Şəhərlərarası hərəkət etmək üçünsə xüsusi icazə vərəqi olmalıdır. Market, aptek və xəstəxanaya getmək sərbəstdir. Belə bir şərt qoyulub ki, imkan daxilində hər evdən 1 nəfər bayıra çıxsın.
Risk qrupuna daxil olanların isə zəruri ehtiyaclarını ödəmək üçün qonşular yardım edir. Bundan başqa, bayırda yalnız eyni evdə yaşayan insanlar birlikdə gəzə bilər. Digərləri ilə 2 metr sosial məsafə saxlanılmalıdır. Qapalı məkanlarda bu qaydalara riayət olunur. Xəstələrin ziyarəti qadağandır. Həkim müayinəsində, sadəcə, xəstələr olmalıdır. Hamı tibbi maska taxmır, bunun üçün xüsusi qərar da qəbul edilməyib. Məsləhət görülür, amma mütləq deyil.
Bəzi insanlar var ki, yatağa bağlıdırlar, evdən çıxa bilmirlər, öz işlərini görə bilmirlər və tək yaşayırlar, həmçinin qocalar evində və ya xəstəxanada qalmaları da vacib deyil. Onların ehtiyacları və qulluğunu xüsusi qurumlar həyata keçirir. Yəni bu şəxslərin ehtiyacları, onsuz da, əvvəlcədən təmin olunurdu. Ona görə də karantin dövrünə özəl xidmət deyil.
- Son statistikaya əsasən, Almaniyada 100 minə yaxın insan koronavirusa yoluxub. Lakin onlardan cəmi 1500-ə yaxını dünyasını dəyişib. Yoluxanlara nisbətən ölüm sayının bu qədər az olmasını Almaniya nəyə borcludur?- Burada Robert Kox Universitetinin daim yenilənən statistikası əsas götürülür. Son məlumatlara əsasən, Almaniyada yoluxma ilə ölüm faktı arasındakı fərq 1 faiz civarındadır. Bu da bütün dünya ölkələri ilə nisbətdə ən yaxşı göstəricidir. Təbii ki, Almaniyanın dünyanın ən yaxşı 3 səhiyyə sistemindən birinə sahib olmasının burada əsas rolu var.
Ölkədə əksər xəstəxanalar Covid-19 müalicəsinə köklənib. Elektiv, planlaşdırılmış bütün əməliyyatlar, gözlənilməsi mümkün olan bütün müayinələr təxirə salınıb. Yalnız təcili travmatik vəziyyət olduqda, doğuşlarda əməliyyatlar aparılır. Bir də xərçəng xəstələrinin müalicəsi davam etdirilir. Əgər bir bölgədə 2 yaxın xəstəxana varsa, onun biri koronavirus müalicəsi üçün ayrılır, digəri isə başqa tibbi fəaliyyətləri icra edir.
Bundan əlavə, Almaniya yüksək miqdarda tibbi avadanlığa və intensiv terapiya palatalarına sahibdir. İxtisaslaşmış mütəxəssislər və öncədən səhiyyə sisteminin düzgün qurulması, səhiyyə infrastrukturunun formalaşdırılması da pandemiya ilə mübarizədə xüsusi rol oynayır.
Qeyd etmək istəyirəm ki, alman xalqının əksər hissəsi bütün tədbirlərə can-başla əməl edir, hər şeyə xüsusi diqqət göstərir. Özlərinin və başqalarının təhlükəsizliyi üçün məsuliyyətli davranırlar. Məsələn, pandemiya dövründə digər ölkələrdən vətənlərinə qayıdan şəxsləri özləri özlərini 14 gün müddətinə karantinə alır.
Xüsusi ayrılmış çağrı mərkəzlərinə və ailə həkimlərinə zəng edərək vəziyyətləri, haradan gəldikləri ilə bağlı məlumat verir. Səhhətində problemi varsa, ambulator müalicə alır, ağırlaşdığı təqdirdə xəstəxanaya yerləşdirilir. Bu da pandemiyanın ölkədə ağırlaşmasının böyük ölçüdə qarşısını aldı.
Bildiyiniz kimi, hər yoluxan insan bu xəstəlikdən ölmür. Yalnız xroniki xəstəliyi olanlar, artıq çəkidən əziyyət çəkənlər və tütün məmulatlarından istifadə edənlər və bəzi dərman preparatlarını qəbul edənlərdə ağırlaşmalar müşahidə edilir. İntensiv terapiyaya bu şəxslər cəlb olunur.
Hazırda xəstəxanalarda yataq və tibbi texnika problemi yoxdur. Çatışmazlığın yaranmasını əngəlləmək üçün artıq indidən minlərlə süni tənəffüs aparatları sifarişi verilib.
Ölümün yoluxmaya nisbətən az olmasının isə üç səbəbi var: Düzgün təşkilatlanma, vaxtında karantinə gedilməsi və lazımi resurslara sahib olmaq.
- Bəs niyə 100 mindən çox yoluxma faktı var? Bu ki, ciddi rəqəmdir...- Deyə bilərəm ki, bu, hər kəsin ciddi riayət etməməsi nəticəsində ola bilər. Amma insanların çoxu İtaliya və Çindəki, eləcə də, ağır vəziyyətdə olan digər ölkələrdəki faciələri görərək özlərini karantində saxlayırlar. Bununla belə, 100 min nəfərin infeksiyaya yoluxması o demək deyil ki, onların hamısının vəziyyəti ağırdır və ya öləcəklər.
Almaniya ərazisində gün ərzində 100 minə yaxın test edilir. Buna görə də yoluxanlar vaxtında aşkarlanır və vaxtında karantin tətbiq edildiyi üçün ağırlaşmaların qarşısı alınır. Yəni bu gün Azərbaycanda da günə 100 min test edilsə, vaxtında diaqnostika aparılsa, bəlkə, xəstə sayı qat-qat çox çıxacaq.
- Almaniyada koronavirusa yoluxduğundan şübhələnən bir vətəndaş hansı tədbirləri görür?- Təcili yardımdan əlavə, 116 və 117 zəng xidməti mövcuddur. İnfeksiyaya yoluxduğundan şübhələnən şəxs oraya zəng edir. Və ya ailə həkiminin müayinəsindən keçir. Ailə həkimi xüsusi qoruyucu geyimdə xəstənin evinə gedir, ondan test nümunəsi götürür. Vəziyyəti yüngüldürsə, evdə müalicə olunur, ağırdırsa, xəstəxanaya yerləşdirilir.
- Hansı test üsulundan istifadə olunur?- Bütün dünyanın istifadə etdiyi PZR (Polimeral Zəncirvari Reaksiya) üsulu tətbiq olunur. Boğazdan yaxma götürülür.
Onu da deyim ki, əslində, bu xəstəliyin müalicəsi ilə daxili xəstəliklər üzrə mütəxəssislər məşğul olur. Amma hazırda bütün şöbələrdən - ginekologiya, cərrahiyyə, anesteziya şöbələrindən də intensiv terapiyaçılara kömək məqsədilə həkimlər cəlb olunur. Çünki xəstələrin sayı həddən artıq çoxdur.
- Hansı yaş kateqoriyasındakı insanların yoluxma faktına daha çox rast gəlinir?- Yoluxma faktlarının əksəriyyəti 30-70 yaş arası insanlarda aşkarlanıb. Amma ağırlaşma halları risk faktorlarına sahib 50-dən yuxarı yaşdakı insanlarda müşahidə edilir. Risk faktorlarına şəkərli diabet, böyrək çatışmazlığı, hipertoniya, sirroz, astma, ürək çatışmazlığı və bu kimi xəstəliklər daxildir. İnfeksiyadan ölənlərin əskəriyyəti də məhz bu vəziyyətdəkilər olub.
- Uşaqlarda vəziyyət necədir? Yoluxma halları qeydə alınıbmı?- Uşaqlarda simptomatika halları özünü o qədər silinmiş şəkildə biruzə verir ki, valideynlər buna görə həkimə müraciət etmirlər. Çünki uşaqlar, onsuz da, tez-tez xəstələnən yaş kateqoriyasındadır və artıq buna öyrəşiblər. Buna görə də testləşdirmə və müayinə uşaqlarda az aparılır. Buna baxmayaraq, Almaniya ərazisində uşaqlarda ölüm halı qeydə alınmayıb. Normalda 1 infeksiyalı insan başqa 3 insanı yoluxdurur. Əlbəttə ki, uşaqlar da bundan öz paylarını alırlar. Amma onlarda xəstəlik yuxarı tənəffüs yollarının xəstəliyi kimi keçir. Bu arada, uşaqlar ən yaxşı daşıyıcıdırlar. 1 uşaq özündən başqa 600 nəfəri virusa yoluxdura bilər. Çünki özləri zəif keçirirlər və ya heç hiss olunmur.
- Almaniya koronavirusa qarşı peyvənd və ya dərman preparatı hazırlıqlarına başlayıbmı? Mediada bir çox ölkədə vaksin hazırlanması ilə bağlı onlarla xəbərə rast gəlmişəm, amma onların arasında Almaniya yox idi.- Əlbəttə, bütün dünyada olduğu kimi, Almaniyada da bu istiqamət üzrə işlər aparılır. Robert Kox Universitetinə yerli və xarici mütəxəssislər cəlb olunub və onlar dərman üzərinə işləyir. Amma hazırda effektiv bir nəticə yoxdur.
Almaniya da hələ ki, peyvəndin hazırlanmasına nail olunmayıb, müalicə simptomatik aparılır. Yəni temperatur yüksəkdirsə, aşağı salınır, bakterial infeksiya qoşulubsa, antibiotik verilir və sair.
- Koronavirusa yoluxmuş hamilə qadının cift vasitəsilə körpəsini yoluxdurması mümkündürmü? Ümumiyyətlə, bu tip infeksiyalar ana bətnində keçə bilərmi?- Bizim şöbəmizdə doğuş edən bir qadının körpəsi dünyaya gəldikdən sonra koronavirusa yoluxduğunu öyrəndik. Vaxtında profilaktik tədbir görüldü və karantinə alındı. Körpəsində isə infeksiya aşkarlanmadı. İndiyə qədər aparılan araşdırmalara əsasən, Covid-19 plasentar baryeri keçmir. Lakin bu araşdırmanın miqyası çox məhdud olduğundan dəqiq məlumat vermək çətindir. Məsələn, suçiçəyinin hətta ilk 12 həftədə bətndəki uşağa yoluxması və ağırlaşmalara səbəb olması mövzusunda araşdırmalar var.
Bundan başqa, TORCH adlanan infeksiyalar qrupu var ki, bətndaxili yoluxma, onların araşdırılması və ağırlaşmaları haqqında kifayət qədər analizlər aparılıb. Uşaqda ağır anadangəlmə inkişaf pozğunluqlarına səbəb ola bilərlər. Qrip haqqında bunu deyə bilmərik. Eləcə də koronavirus. Amma Covid-19-a yoluxmuş ana körpəsi ilə kontaktda olarsa, infeksiya keçə bilər.
Almaniyada hamiləlikdən əvvəl, hamiləlik müddətində yuxarıda adlarını çəkdiyim xəstəliklərin müayinəsi aparılır. Müvafiq olduğu təqdirdə, anaya peyvəndlər vurulur ki, ağırlaşmaların qarşısı alınsın. Uşaqlar da vaxtlı-vaxtında peyvənd olunur. Mən belə hesab edirəm ki, məhz peyvənd statusu diqqətdə saxlandığı və mütəmadi nəzarətlər olduğu üçün koronavirus hamilələrdə və uşaqlarda yüngül keçir. Bu, təsdiq olunmuş bir şey deyil, mənim şəxsi fikrimdir.
- Almaniya Səhiyyə Nazirliyi gigiyenik qaydalardan başqa xüsusi profilaktik tədbirlər planı açıqlayıbmı?- Yox. Ümumi gigiyena qaydalarına riayət edilməlidir. Sosial məsafə saxlanmalı, karantin qaydalarına əməl olunmalıdır. Yəni dünyada necə, burada da elə. Hətta deyərdim ki, Azərbaycanda koronavirusla mübarizə qaydaları daha sərtdir, nəinki Almaniyada. Məncə, doğru olanı da budur.
- Almanlar soyuqqanlı xalq kimi ün qazanıblar. Hazırkı dövrdə onların psixologiyası çox maraqlıdır mənim üçün. Pandemiya haqqında nə düşünürlər? Ruh düşkünlüyü, panika hiss edirsinizmi onlarda?- Təbii ki, bu gözəl havalarda evdə oturmaq, dostlarla görüşüb gəzə bilməmək hər kəsi depressiyaya sala bilər. Amma hamının ümidi var. Və qorxusu. İtaliyanın, İspaniyanın vəziyyəti göz qabağındadır çünki. Yəni insanlar məlumatlıdırlar. Almaniya müharibələrdən məğlub halda çıxmış, amma bundan da dərs çıxarmağı bacarmış dövlət və xalqdır. Vəziyyətə realist yanaşırlar. Şüurları yerində olub, tənəffüs çatışmazlığından ölməyi istəmirlər. Buna görə də özlərini evə qapayıblar.
Gənclər özlərini və ailələrini xəstəlikdən qorumaq üçün qaydalarla riayət edir. Yaşlılar isə bayıra çıxmaq ehtiyacı görsələr belə, xüsusi risk qrupuna daxil olduqlarını bilirlər. Amma onlar sosial baxımdan təminatlı olduqları üçün özlərini riskı atmırlar. Keçim dərdində deyillər. Bavariya bölgəsində dövlət zərərçəkmişlərə yardım paketi ayırıb. Çox güman ki, bu faktorlar da pandemiyanın ağırlaşmasının qarşısını almaqda və qayğı çəkməməkdə kömək edir. Düzünü desəm, hazırda qorxu o qədər yüksəkdir ki, depressiyanın belə qarşısını alır.
Baxış sayı: 575
Bölməyə aid digər xəbərlər

17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"
19-01-2023, 19:51
İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib
24-12-2022, 13:32
Fiqurlu konkisürən Medvedeva: Xəyallarınızın adamı etibarlı, dürüst və yaxşı yumor hissi ilə olmalıdır
21-12-2022, 13:00
Psixoloq Ronaldonun Messini 2022 Dünya Kubokunu qazanması münasibətilə niyə təbrik etmədiyini izah etdi
7-12-2022, 22:33
Nyu-Yorkda polis işləyən azərbaycanlı qadın: “Ölkəm üçün hər zaman faydalı olmağa hazıram” - MÜSAHİBƏ + FOTO
4-12-2022, 22:36
Əsgərləri şəhid komandirlərinə ehsan veriblər-VİDEO+FOTOLAR
4-12-2022, 13:30
ABŞ İranla nüvə sazişini müzakirə etmək fikrində deyil
4-12-2022, 13:19
Sankt-Peterburq zavodu plandan artıq gülləkeçirməz jiletlər verir
9-11-2022, 20:21
Deputat Svetlana Jurova: "ABŞ seçkilərdən sonra Kiyevə faydalı olarsa, kömək etməyə davam edəcək"
1-11-2022, 19:28
ABŞ senatoru Baydenin "ən böyük günahını" diqqətə çatdırdı
27-10-2022, 02:45
David Namaniya: Biz Azərbaycanla bərpaolunan enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik
13-10-2022, 23:47
“Onlardan topu almaq heç də asan deyildi” - “Olimpiakos”un baş məşqçisi
13-10-2022, 20:40
Abdul-Hamid Qafarov: “Azərbaycanı yüksək səviyyəli avtomobil yarışlarında təmsil etməkdən qürur duyardım”
9-10-2022, 20:21
“Daha hakimlərin işinə qarışmayacam” - Qurban Qurbanov
20-09-2022, 21:59
"Təhsildə ən ciddi problem müəllimlərlə bağlıdır"- Misir Mərdanov
15-09-2022, 09:45
“Ravil deyirdi ki, mən ya Milli Qəhrəman, ya da general olacam”
7-09-2022, 18:08
Əli Hüseynli partiyalar haqqında yeni qanundan danışdı
2-09-2022, 16:09
İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi-VIDEO
23-08-2022, 17:03
“Erməni ilə görüş çətin keçdi” - Dünya çempionumuz