Bütün xəbərlər
“Elmira Süleymanovanın yaşı fəaliyyətinə mane olurdu”
Tarix: 29-11-2019 14:18 | Bölmə: Müsahibə

                  “Elmira Süleymanovanın yaşı fəaliyyətinə mane olurdu”

Xəbər verdiyimiz kimi, bu gün parlamentin iclasında yeni Ombudsman seçilməsi məsələsi müzakirə edilir. 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, millət vəkili Qüdrət Həsənquliyev deyib ki, keçmiş Ombudsman Elmira Süleymanovanın yaşı və səhhəti son vaxtlar onun aktiv fəaliyyətinə mane olub: 
“Təəssüf ki, “Tərtər işi”ndə Ombudsmanın fəaliyyəti olmayıb. Həmin işdə işgəncələr nəticəsində ölən şəxslər oldu. Həmin işgəncə verənlərə də cinayət işi başlanılıb. Amma burada ictimaiyyətə məlumat verilmədi. Halbuki həmin şəxslər cəzalarını aldılar”.
***
Q. Həsənquliyev deyib ki, bu seçkidə Səbinə Əliyevaya səs verəcək: “Hesab edirəm ki, həmkarımız Siyavuş Novruzov da bu fəaliyyətində həyat yoldaşına dəstək olacaq”.


Baxış sayı: 590


Bölməyə aid digər xəbərlər