01:51 / 25-04-2024
Şəhid Elvin Həsənovun mövludu olub-VİDEO+FOTOLAR
23:52 / 24-04-2024
Fransada Olimpiadada terror aktı planlaşdıran yeniyetmə saxlanılıb
22:59 / 24-04-2024
Moskva vilayəti hökumətinin keçmiş sədr müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
22:31 / 24-04-2024
İlon Mask əmindir ki, gec-tez Qərbdə vətəndaş müharibəsi başlayacaq
22:24 / 24-04-2024
Bayden: "ABŞ bir neçə saat ərzində Ukraynaya silah tədarükünü bərpa edəcək"
22:20 / 24-04-2024
Dudayev: "Kadırov həddindən artıq güc, sağlamlıq və enerji ilə xəstədir"
22:15 / 24-04-2024
Üç rusiyalı boksçu Avro-2024-də medallara zəmanət verib
22:11 / 24-04-2024
Komi məhkəməsi Kasparov və Qudkovu qiyabi həbs edib
22:07 / 24-04-2024
FSB Tambovda terror aktı hazırlayan diversantı saxlayıb
21:55 / 24-04-2024
Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurları-Aybəniz Rüstəmova
21:45 / 24-04-2024
Lukaşenko bildirib ki, o, heç vaxt oğru olmayıb və övladlarına buna imkan verməyəcək
21:41 / 24-04-2024
Podnosova: "2023-cü ildə 39 milyon məhkəmə işinə baxılıb"
21:35 / 24-04-2024
Rusiyanın məhkəmə sistemində ciddi dəyişikliklər olmayacaq
21:32 / 24-04-2024
Pentaqon ATACMS raketlərinin Ukraynaya verildiyini təsdiqləyib
16:00 / 24-04-2024
Ukrayna Avropa Komissiyasından 1,5 milyard avro alıb
15:52 / 24-04-2024
"Spartak"ın sabiq baş məşqçisi Tedesko "Milan"ın qısa siyahısına daxil olub
15:46 / 24-04-2024
Qonşusunun qarajında qumbaranı partladıb
15:41 / 24-04-2024
Metroya giriş üçün pul ödəmək istəməyib...
15:31 / 24-04-2024
Londonda Kral At Mühafizəsinin bütün qaçan atları tutuldu
15:25 / 24-04-2024
Simferopol yaxınlığında çənlərin alışması nəticəsində 3 nəfər xəsarət alıb
10:49 / 24-04-2024
Ryazan yaxınlığında baş verən qəzada adi avtobusun sürücüsü həlak olub, 13 nəfər yaralanıb
10:37 / 24-04-2024
Primoryedə müalicə olunduqdan sonra nadir qartal təbiətə buraxılıb
10:31 / 24-04-2024
Odessada hərbi obyektdə baş verən partlayışlardan sonra şəhərin enerjisi qismən kəsilib
23:59 / 23-04-2024
Rusiya və ABŞ WADA-nın Çindən olan üzgüçülərlə bağlı qərarını tənqid edib
23:46 / 23-04-2024
Alek Bolduin təxribatçı jurnalistin əlindən telefonu çıxarıb
23:34 / 23-04-2024
Puşilin DXR rəhbərinin administrasiyasını ləğv etdi
23:27 / 23-04-2024
NATO Rusiya ilə münaqişə axtarmadığını bildirib
23:20 / 23-04-2024
Putinə müdafiə nazirinin müavininin saxlanması barədə məlumat verilib
22:50 / 23-04-2024
Zaporojye vilayətində PUA-nın hücumu nəticəsində 4 mülki şəxs həlak olub
22:44 / 23-04-2024
Rusiya müdafiə nazirinin müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
21:40 / 23-04-2024
Dani Olmo "RB Leipzig"dən ayrılaraq "Barselona"ya keçə bilər
21:35 / 23-04-2024
Paris Saint-Germain "Barselona"nın vunderkindi üçün 200 milyon avro ödəməyə hazırdır
21:30 / 23-04-2024
Baydenin helikopteri qazonda otların yanması səbəbindən ehtiyat vəziyyətinə gətirilib
21:25 / 23-04-2024
Bryanskda partlayış hazırlayan terror təşkilatının üzvü həbs edilib
21:19 / 23-04-2024
Raisi İsraili məhv etməklə hədələyib
21:13 / 23-04-2024
ABŞ Ukraynaya daha bir hərbi yardım paketi təqdim etməyə hazırlaşır
Hacıbala Abutalıbov axır ki, danışdı: "Nyutonun səhvini düzəltmək istəyirəm"
Tarix: 28-11-2019 13:48 | Bölmə: Müsahibə
Baş Nazirin sabiq müavini, hazırda təqaüddə olan Hacıbala Abutalıbovun Qaynarinfo-ya virtual müsahibəsini təqdim edirik.
– Hacıbala müəllim, işsiz qaldıqdan sonra özünüzü necə hiss edirsiniz? – Düzü, ilk günlər bir az çətin idi. Beş-altı gün hər səhər tezdən qalxıb Nazirlər Kabinetinə gedirdim, mühafizəçilər qapının ağzından geri qaytarırdılar ki, artıq işdən çıxmısınız... Sonra başladım axşamdan əlimin üstünə "ruçka"yla "plyus" işarəsi qoymağa. Səhər duranda həmin işarəni görüb yadıma düşürdü ki, işdən çıxmışam, daha durub Nazirlər Kabinetinə getmirdim. Baş nazirin müavini təyin olunandan sonra da eyni vəziyyətə düşmüşdüm. Səhər qalxıb Bakı şəhər İcra Hakimiyyətinə gedirdim, orda deyirdilər ki, "Hacıbala müəllim, axı siz Baş nazirin müavinisiniz, burda nə işiniz var?". Onda da buna güc-bəla ilə öyrəşmişdim.
– Təqaüdə çıxmağınızdan xeyli vaxt keçib. Vəzifəsiz darıxmırsız ki? – Mən niyə darıxıram? Qoy vəzifə mənsiz darıxsın...
– İndi nə işlə məşğul olursunuz? – Hələlik dincəlirəm. Düzü, bizdə vəzifədə olmaq özü, bir növ, dincəlməkdir. Ona görə mən hazırda elə dincəlməkdən dincəlirəm.
– Gələcək planlarınız nədir? – Yenidən fizika ilə məşğul olmaq fikrindəyəm.
– Belə çıxır ki, elmi fəaliyyətə geri qayıdacaqsınız. – Düz tapmısınız. Söz düşüb, sizə bir sirr açım: Nyutonun səhvini düzəltmək istəyirəm.
– (gözləri bərəlmiş halda) Nyutonun? – Bəli... Təəccübünüzü başa düşürəm, Nyuton pis alim olmayıb, ancaq yerin cazibə qanunu barədə dediklərinin düzəlişə ehtiyacı var.
– Necə yəni?– Düzü, əvvəl hamı kimi mən də elə bilirdim ki, Nyuton müəllim haqlıdır, cisimlər yer tərəfindən cəzb olunur. Ancaq indi belə fikirləşirəm ki, bunlar hamısı boş söhbətlərdir. Yerin cazibə gücü yoxdur, yerdəkilərin cazibə qüvvəsi var. Məsələn, Sofi Lorenin, Merlin Monronun... Sonraaa... Sonra Monika Bellucinin... Ancelina Colinin, canım sənə desin, Ketrin Zeta-Consun... Cisimləri yerə cəzb edən onlardır. Bu haqda ətraflı elmi araşdırmalar aparmaq fikrindəyəm.
– Hacıbala müəllim, siz ciddisniz? – (gülür) Oğul, siz nə vaxtsa mənim ciddi olduğumu görmüsünüz?!
– O da doğrudur... Hacıbala müəllim, Bakıya hər dəfə yağış yağdıqdan sonra vətəndaşlar sosial şəbəkələrdə ağız-ağıza verib sizi xatırlayır, şəhərimizi Venesiyaya çevirməyinizdən bəhs edirlər. – Bütün xalqımıza bu qədirbilənliyinə görə minnətdaram. Açığı, mənim gözəl Bakımızla bağlı planlarım çox idi. Venesiya bunlardan sadəcə biri idi. Məsələn, ən böyük arzularımdan biri o idi ki, Xəzərimizə sunami gətirim, bir balaca zəlzələ-zad olan kimi hündür dalğalar Bakımıza ağuşuna alsın, camaatımızın həyatına rəng qatsın. Belə şeylərə biz nə qədər televizorda baxmalıyıq? O əjdahalardan başqa ölkələrdə var, niyə bizdə də olmasın? Ya da istəyirdim, Bakıdakı bütün ağacların yerinə dekorativ ağaclar əkim, o ağacların başında dekorativ quşlar oxusun. Hətta Xəzərimizdəki balıqları da dekorativ balıqlarla əvəzləmək arzusundaydım. Ancaq təəssüf ki, vəzifə vəfa etmədi. Nə isə, "ömür qısa, dəyməz qıza"...
– Bu yaxınlarda məlum oldu ki, sizin kimi işsiz qaldıqdan sonra keçmiş nəqliyyat naziri Ziya Məmmədov şeir yazmağa başlayıb... – Ziya müəllimin şeirləri ilə mən lap çoxdan tanışam. Bir dəfə hardasa təzə çəkilmiş yol çökmüşdü, bərpa işləri üçün əlavə vəsaitə ehtiyac vardı, o da bundan möhkəm təsirlənərək ürəkağrısı ilə belə yazmışdı:
Büdcədən dotasiya gözləyirəm mən, Arılar çiçəkdən bal çəkən kimi. Heç bir asfaltbasan yol çəkməyibdi,Mənim bu gözlərim yol çəkən kimi.
Dinləyəndə, doluxsunmuşdum. Burada yol çəkmək şərti söhbətdir. Əslində Ziya müəllim həmin misralarda bütün məmurların kədərli daxili dünyasını, mənəvi iztirablarını özünəməxsus bədii-poetik dillə olduqca təsirli şəkildə təsvir eləmişdi. Allah heç bir məmura büdcədən ayrılan əlavə vəsaitin yolunu gözləməyi qismət eləməsin. Ağır dərddir. Yaşamayanlar bilməz.
– Hacıbala müəllim, nə vaxtsa sizin də şeirlərinizi oxuya bilərikmi? – Qoy Nyutonu "neprav" çıxarım, ondan sonra fikrim var, Nizami Gəncəvi ilə balaca bir haqq-hesab çəkim.
– Niyə? – O gün təsadüfən rastıma çıxdı, baxıb görürəm götürüb yazıb ki, "Bərdə nə gözəldi, necə qəşəngdi..." Mənim Nizami müəllimə böyük hörmətim var, ancaq vaxtilə mənim günbəgün gözəlləşdirdiyim Bakı haqqında niyə bu cür misrası yoxdu? "Xəmsə"ni başdan-ayağa beş-altı dəfə oxudum, heç nə tapmadım. Çox xətrimə dəydi.
– Axı Nizami Gəncəvi bunu səkkiz yüz il əvvəl yazıb...– Oğul, heç səndən gözləməzdim. İndi mənimlə səkkiz yüz ilin söhbətini eləyirsən?!
Baxış sayı: 686
Bölməyə aid digər xəbərlər

17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"
19-01-2023, 19:51
İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib
24-12-2022, 13:32
Fiqurlu konkisürən Medvedeva: Xəyallarınızın adamı etibarlı, dürüst və yaxşı yumor hissi ilə olmalıdır
21-12-2022, 13:00
Psixoloq Ronaldonun Messini 2022 Dünya Kubokunu qazanması münasibətilə niyə təbrik etmədiyini izah etdi
7-12-2022, 22:33
Nyu-Yorkda polis işləyən azərbaycanlı qadın: “Ölkəm üçün hər zaman faydalı olmağa hazıram” - MÜSAHİBƏ + FOTO
4-12-2022, 22:36
Əsgərləri şəhid komandirlərinə ehsan veriblər-VİDEO+FOTOLAR
4-12-2022, 13:30
ABŞ İranla nüvə sazişini müzakirə etmək fikrində deyil
4-12-2022, 13:19
Sankt-Peterburq zavodu plandan artıq gülləkeçirməz jiletlər verir
9-11-2022, 20:21
Deputat Svetlana Jurova: "ABŞ seçkilərdən sonra Kiyevə faydalı olarsa, kömək etməyə davam edəcək"
1-11-2022, 19:28
ABŞ senatoru Baydenin "ən böyük günahını" diqqətə çatdırdı
27-10-2022, 02:45
David Namaniya: Biz Azərbaycanla bərpaolunan enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik
13-10-2022, 23:47
“Onlardan topu almaq heç də asan deyildi” - “Olimpiakos”un baş məşqçisi
13-10-2022, 20:40
Abdul-Hamid Qafarov: “Azərbaycanı yüksək səviyyəli avtomobil yarışlarında təmsil etməkdən qürur duyardım”
9-10-2022, 20:21
“Daha hakimlərin işinə qarışmayacam” - Qurban Qurbanov
20-09-2022, 21:59
"Təhsildə ən ciddi problem müəllimlərlə bağlıdır"- Misir Mərdanov
15-09-2022, 09:45
“Ravil deyirdi ki, mən ya Milli Qəhrəman, ya da general olacam”
7-09-2022, 18:08
Əli Hüseynli partiyalar haqqında yeni qanundan danışdı
2-09-2022, 16:09
İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi-VIDEO
23-08-2022, 17:03
“Erməni ilə görüş çətin keçdi” - Dünya çempionumuz