Bütün xəbərlər
Prezident İlham Əliyevin islahatları nəticəsində Azərbaycanda dünyanın ən gənc hökumətlərindən biri mövcuddur - Rob Sobhani
Tarix: 28-10-2019 13:33 | Bölmə: Müsahibə

       

Prezident İlham Əliyev tərəfindən keçirilmiş struktur islahatları daha açıq, dinamik, şaxələndirilmiş və islahata yönümlü sosial-iqtisadi sistem yolunda müsbət tendensiyadır.
Trend-in məlumatına görə, bunu “Day.az”a amerikalı ekspert, “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib.
O bildirib ki, bu dəyişikliklər nəsil dəyişikliyini ifadə edir:
“Bunun nəticəsində Azərbaycanda dünyanın ən gənc hökumətlərindən biri fəaliyyət göstərir. 13 nazir 50 yaşına çatmayıb”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin ən vacib məqsədlərindən biri Azərbaycanın enerji daşıyıcılarının ixracından asılılığını azaltmaqdır.
Amerikalı ekspert vurğulayıb ki, Prezident İlham Əliyev bu islahatları Azərbaycan xalqının rifahı naminə həyata keçirir və bu dəyişikliklər, həmçinin dövlət institutlarının əhalinin tələbatına çevik reaksiyasını təmin etmək məqsədi güdür:
“Təəccüblü deyil ki, Azərbaycan Dünya Bankının biznes reytinqində 25-ci yeri tutub. 2017-ci ildə isə Azərbaycan bu reytinqdə 57-ci yerdə idi. Bütün bunlar Prezident İlham Əliyevin müdrik və düşünülmüş rəhbərliyinin təsdiqidir”.


Baxış sayı: 533


Bölməyə aid digər xəbərlər