Röyanın trend olan mahnısı plagiat çıxdı - Video
Tarix: 09-09-2019 17:18 | Bölmə: Mədəniyyət


                       Röyanın trend olan mahnısı plagiat çıxdı

Əməkdar artist Röya Ayxanın “Səni sevmək mənə çox yaraşır” adlı son layihəsinin plagiat olduğu iddia edilib. “Qafqazinfo” xəbər verir ki, sənətçinin ötən ayın sonunda təqdim etdiyi mahnı fars musiqiçilərindən bəhrələnərək ərsəyə gəlib. 
Trenddə 19-cu yerdə olan sözügedən musiqi İranda məşhur olan “Evan Band (E 1)” qrupunun “Alijenab” albomunda yer alan bəstələrdən biridir. Hossein Sharifi və Foad Ghafaridən ibarət qrupun ifa etdiyi əsər “Zibaye Man” adlanır və bu ilin may ayında “Persian Media Group”un “Youtube” hesabında paylaşılıb. 
“Zibaye Man” bu günədək iki milyondan çox baxış toplayıb, müəllifləri Foad Ghafari  və Hadis Dehghandır. Lakin, Əməkdar artistin layihəsinin müəllifinin Fərid Ağa olduğu vurğulanıb. 
“Qafqazinfo” bildirir ki, hər iki mahnı arasında oxşarlıq çoxdur, demək olar ki, eynilik təşkil edir. Bəstənin başlanğıcı, sonu eynidir, “Zibaye Man”a Azərbaycan dilində  sözlər bənd edildiyi üçün musiqidə avtomatik olaraq dəyişiklik hiss olunur. Fərid Ağa musiqinin əsas melodiyası üzərində “Səni sevmək mənə çox yaraşır”ı yaradıb. 
Həmçinin R. Ayxan “re minor”da, iranlı gənclər isə “re diyez minor”da ifa ediblər. Əməkdar artist mahnını fərqli oxusa da, harmoniya eynidir. 





“Qafqazinfo” mövzu ilə barədə Fərid Ağa ilə əlaqə saxlayıb. “Səni sevmək mənə çox yaraşır”ın müəllifi bəstənin plagiat olmadığını qeyd edib:
“Plagiat deyil, musiqi, bənd və nəqarət başqa şeylərdir. Ola bilsin ki, gitara ifa edilən yerləri hansısa mahnıya bənzədilsin. Sizə mövqeyimi belə izah edim. Rusiyanın məşhur bəstəkarı İgor Krutoy 6 il əvvəl ilin ən yaxşı plagiat mahnılarının müəllifi olduğu üçün festivalda birinci yeri saxladı. Sual verdilər ki, necə olur ki, siz belə qalib olursuz? O da cavab verir ki, əsrlər boyu mahnılar yazılıb, biz isə onları aranjiman edirik. Mənim mövqeyim budur”. 
                                
                               


Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər
15-08-2019, 14:20 Murad Arifə nə olub?