Bütün xəbərlər
Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünə start verdi
Tarix: 05-09-2019 02:39 | Bölmə: Mədəniyyət

50-ci teatr mövsümünü müvəffəqiyyətlə başa vuranSumqayıt Dövlət Dram Teatrında 51-ci mövsümün ilk toplantısı keçirildi. Teatrın direktoru  Əməkdar artist Mübariz Həmidov  hər kəsi salamladı, cari mövsümün  kollektiv üçün məhsuldar il olmasını arzuladı. Direktor  ötən il hazırlanan müxtəlif janrlı tamaşalardan, həyata keçirilən yeni layihələrdən,  hər birinin uğurla nəticələnməsindən və bu proqresin davamlılığından danışdı. Prezidentİlham Əliyevin  böyük dramaturq-yazıçı C.Cabbarlının yubileyi ilə əlaqədar verdiyi sərəncama əsasən   sənət ocağında  “Solğun çiçəklər”  faciəsinin hazırlanaraq  51-ci mövsümün açılışında  nümayiş etdirilməsinin  nəzərdə tutulduğunu deyən Mübariz Həmidov  eyni zamanda teatrımızın, incəsənətimizin dünya miqyasında tanıdılması üçün kollektivimizin öhdəsinə düşən  məsuliyyəti vurğuladı.  O bildirdi ki,  Sumqayıt Dövlət Dram Teatrı   51-ci mövsümbir neçə festivala qatılacaqdır. Bunun üçün  yaradıcı heyətin əzmlə, şövqlə çalışmasının vacibliyini dilə gətirən Əməkdar artist Mübariz Həmidov  qarşıda duran planlardan da  söz açdı. Daha sonra teatrın baş rejissoru xalq artisti Firudin Məhərrəmov fikirlərini kollektivlə bölüşdü.  Xalq artisti son zamanlar  hazırlanan PR kompaniyalara, müxtəlif maarifləndirici layihələr irəli sürdüyünə, həmçinin kollektiv daxili mükafatlandırma tədbiri keçirildiyinə görə direktora xüsusi minnətdarlıq bildirdi.  Direktorun ideya müəllifi olduğu bir sıra  layihələr sayəsində tetra  tamaşaçı axınının da artığını,  axşam tamaşalarının anşlaqla keçdiyini söylədi.  İclasdacari mövsümdə həyata keçirilməsi nəzərdə tutulan bir sıra  məsələlər müzakirə olundu.
Sabaha-inamla.Az


Baxış sayı: 596


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya