Bütün xəbərlər
Nailə İslamzadə illər sonra yenidən efirə qayıtdı
Tarix: 04-09-2019 00:51 | Bölmə: Mədəniyyət


                         Nailə İslamzadə illər sonra yenidən efirə qayıtdı

Azərbaycan Dövlət Televiziyasının (AzTV) unudulmaz simalarından olan, məşhur “Ailələr, talelər” verilişinin müəllifi, əməkdar artist  Nailə İslamzadə yenidən efirə qayıdıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə aparıcı Alidə Mustafayeva sosial şəbəkədə yazıb. Nailə İslamzadə yeni mövsümdən İctimai Televiziyanın (İTV) efirində olacaq.
“Onu bu gün qrim otağımızda gördüm. Qrim ustamızdan soruşdum ki, bizə təzə qız gəlib? Birdən mənə çatdı ki, bu odur. Gözəl və hətta çox gözəl Nailə İslamzadə. Xoş gəlmisiniz! Sizinlə eyni kanalda çalışacağımıza çox sevindim”, - deyə Mustafayeva qeyd edib.
Xatırladaq ki, Nailə İslamzadə AzTV-də 25 illik fəaliyyətindən sonra efirdən uzaqlaşaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində çalışıb. O eyni zamanda, Türkiyənin TRT AVAZ kanalında yayınlanan "İş'te kadın" proqramının aparıcısı olub.


Baxış sayı: 691


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya