Bütün xəbərlər
Şəbnəmin “Atlant” konserti niyə baş tutmadı? - Açıqlama
Tarix: 02-09-2019 00:26 | Bölmə: Mədəniyyət

                        Şəbnəmin “Atlant” konserti niyə baş tutmadı?

Müğənni Şəbnəm Tovuzlunun avqustun 31-də Nabranda yerləşən “Atlant” istirahət mərkəzindəki konsert proqramı baş tutmayıb.
“Qafqazinfo” xəbər verir ki, müğənni ilə yanaşı, səhnəyə DJ Roşka və Ramil Nabran da çıxacaqmış. Ancaq ifaçıların çıxışı baş tutmayıb. Buna səbəb kimi təşkilatçı Asifin və “Atlant”ın administratorunun müğənniyə vəd etdikləri pulu verməmələri göstərilib:
“"Beh"imizi verib, başımızı aldadıb, bizi Asif adlı təşkilatçı Nabrana qədər apardı. Şərtim öncədən bu idi ki, pulumu tam alıb, səhnəyə çıxacam. Razı idilər. Qonararmı vermədilər, mən də oxumadım. Sonradan Asif və “Atlant”ın adminstratoru aralarında nə danışdılar, nə düz qoş etdilər anlamadım. Hiss elədim ki, bunlar məni saatlarca gözlədib, səhnədə oxutdurub, pulumu vermək istəmirlər. Dedilər pul düzəlmir. Mən də səhnəyə çıxmadım və onlara dedim ki, ayıb olsun sizə görə mən 2 toyumdan, ruzi bərəkətimdən imtina etdim, konsertə razı oldum, Nabrana kimi gəldim, bəs nə oldu. Bilirsiz bu nədən qaynaqlanır ?! Başı çıxan da çıxmayan da konsert təşkil edir, müğənniyə təklif edir, biz də araşdırmadan razı oluruq. Mənə görə bilet alıb, gələnlərdən üzr istəyirəm, amma bu cür fırıldaqçıların təşkil etdiyi konsertdə çıxış edə bilməzdim”.
Məsələ ilə bağlı təşkilatçı Asif Hüseynovla əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında Şəbnəm Tovuzlunun iddialarının doğru olmadığını bildirdi:
“Şəbnəm Tovuzlunun iddaları səhvdir. Ramil Nabran da, Dj Roşka da səhnəyə çıxıb. Bunun şəkilləri də, videosu da var. Sadəcə, hesablamalar gedirdi. Burda böyüdəcək bir şey yox idi. Biz Şəbnəm xanıma dedik ki, 20 dəqiqə gözləyin biletləri hesablayıb sizin qonorarınızı verək. O da “gözləmirəm” deyib getdi. 20 dəqiqə səbr etsəydi, pulunu alacaqdı. Biz onun “beh”ini də vermişdik. Sadəcə 2 yerdə bilet satışı olduğuna görə o biletləri hesablamalıydıq”.






Baxış sayı: 533


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya