Bütün xəbərlər
Yasamal rayon Heydər Əliyev Mərkəzində muğam günü ilə bağlı tədbir keçirilib
Tarix: 28-08-2019 04:40 | Bölmə: Mədəniyyət

26 avqust BeynəlxalqAzərbaycanmuğamı günüdür
 Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon Mərkəzi Kitabxanasının təşəbbüsü ilə 26 avqust Beynəlxalq Azərbaycan muğamı günü ilə baglı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Yasamal rayon Mərkəzi Kitabxanasının söbə müdiri İradə Əliyeva  söylədi ki, 26 avqust Kanadada Beynəlxalq Azərbaycan muğamı günü elan olunubdu. Qərar Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul olunub. Tədbirdə çıxış edənlər tərəfindən deyildi ki, bu gün Azərbaycanda mugam sənətinin inkişafına ölkə rəhbərliyi tərəfindən, xususi ilə ölkəmizin 1- ci vitce- prezidenti, Heydər Əliyev
                                 
Fondunun prezidenti Mehriban Əliyevanın böyük qaygısı və diqqəti var.Sonra korifey xanəndələrdən olan Xan Şuşalının, Qədir Rustəmovun, Səxavət Məmmədoun, Canəli Əkbərovun video mugamları səsləndi. Daha sonra cıxış edən Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək ictimai birliyinin prezidenti Tofiq Əlizadə bildirdi ki, bu gün dünya opera sənətinin paytaxtı İtaliya və Laskala operası sayılırsa, dünya mugam sənətinin də paytaxtı Azərbaycan, Qarabagdır. Azərbaycan muğam ifaçıları, müsəlman Şərqində ilk dəfə olaraq, XX əsrinəvvəllərində xarici ölkələrə qastrola çıxmış, Qərbdə,tamamilə başqa dünyagörüşünə və estetik zövqə malik dinləyici auditoriyası qarşısında çıxış edərək, diqqəti cəlb etmişlər. Bunun da sayəsində Avropanın bir sıra iri səsyazma şirkətləri tərəfindən öz ifalarını vallara yazdırmaq üçün dəvət olunmuşlar. XX əsrin əvvəllərində Cabbar QaryağdıoğluKeçəçioğlu MəhəmmədMəşədi Məhəmməd Fərzəliyevİslam AbdullayevMəcid BehbudovQasım AbdullayevSeyid Şuşinski və Xan Şuşalının səsi qrammofon valına yazılmışdır.Ötən əsrin əvvələrində Qarabag xanəndələrinin oxuduqları “Rast”, “Şur”, “Dügah”, “Mirzə Hüseyn Segahı”, “Bayatı-Şiraz”, “Mahur”, “Qatar”, “Bayatı Türk ”, “Bayatı-Qacar”, “Manəndi-müxalif”, “Dəşti”, “Vilayəti”, “Türkü-Şahnaz”, “Sarənc”, “Zabul”, “Əşiran”, “Çoban bayatısı” muğamları, “Mənsuriyyə”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Simayi-Şəms”, “Heyratı”, “Osmanı”, “Heyratı-Kabili”, “Şikəstə”, “Heyratı”, “Ovşarı” zərbi muğamları, çox sayda təsniflər və lirik xalq mahnıları indi də yeni mugam xanəndələri  milli-mənəfi dəyərlərimizi qorumaq ənənsinə sadiq olaraq bu mugamları sevə-sevə ifa edirlər.Daha sonra cıxış edən Xan Şuşalının yaxın dostları olmuş  Şahlar Şuşalı və akademik Telman Əliyev uzun illər ərzində dostluq etdiklləri  dahi xanəndəmiz Xan Şuşalı haqqında xatirələrini danışıblar. Sonda gənc xanəndələrin ifasında mugam parçaları səslənib.
Kamran Orucov
Sabaha-inamla.Az










Baxış sayı: 1 305


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya