12:41 / 19-04-2024
"SUMQAYIT! ƏBƏDİ YAŞA" LAYİHƏSİ mərhum şair Sabir Sarvana həsr olunmuşdu
09:32 / 19-04-2024
Rusiya Müdafiə Nazirliyi Stavropol vilayətində "Tu-22M3" təyyarəsinin qəzaya uğradığını təsdiqləyib
09:27 / 19-04-2024
“Liverpul” “Atalanta”ya qalib gəlsə də, Avropa Liqasından kənarda qalıb
09:23 / 19-04-2024
"Bayer Leverkuzen" və "Roma" Avropa Liqasının finalına çıxmaq uğrunda mübarizə aparacaq
08:15 / 19-04-2024
Robert Vud: "Fələstin BMT-nin tamhüquqlu üzvü ola bilməz"
08:09 / 19-04-2024
Kuleba Kobaxidzeni Gürcüstanın “ukraynalaşması” ilə bağlı sözlərə görə tənqid edib
08:04 / 19-04-2024
Qadın 13 yaşlı oğluna bıçaqla hücum edib
07:59 / 19-04-2024
ABŞ Argentinaya müdafiə üçün 40 milyon dollar verir
07:53 / 19-04-2024
Əlcəzair Fələstinin BMT-yə üzvlüyü perspektivinə əmindir
07:49 / 19-04-2024
Ana və azyaşlı oğul yanğın nəticəsində ölüb
07:45 / 19-04-2024
İsrail İranda bir obyektə raket zərbəsi endirib
07:40 / 19-04-2024
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
22:58 / 18-04-2024
Dövlət Departamenti: ABŞ Fələstinin BMT-yə daimi üzv kimi daxil olmasını dəstəkləməyəcək
22:52 / 18-04-2024
Makron: "Ukrayna üçün İsraillə eyni hava hücumundan müdafiə sistemi qurmaq mümkün deyil"
22:41 / 18-04-2024
CNN: Çad ABŞ-ı hərbi razılaşmanı pozmaqla hədələyir
22:32 / 18-04-2024
Zaxarova: "Kosovonun Avropa Şurasına daxil olmaq hüququ yoxdur"
22:27 / 18-04-2024
Mirançuk "Liverpul"la oyunda "Atalanta"nın start heyətində yer alıb
22:18 / 18-04-2024
Krımda “Ağ kostyum” neonasist qruplaşmasının 12 üzvü saxlanılıb
16:46 / 18-04-2024
Baş prokuror Çin Xalq Respublikasında işgüzar səfərdədir
16:34 / 18-04-2024
ABŞ Konqresinin üzvü Ukraynaya yardıma səs verənləri Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa dəvət edib
16:04 / 18-04-2024
"Bild": Rusiya səfiri casusluqda şübhəli bilinənlərin həbsindən sonra Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
15:59 / 18-04-2024
“Rubin”in baş məşqçisi Rəhimov Premyer Liqada bir oyunluq cəzalanıb

15:54 / 18-04-2024
SEPAH: İran İsrailin bütün nüvə obyektlərinin yerini müəyyənləşdirib və zərbə vurmağa hazırdır
15:42 / 18-04-2024
40-dan çox it aclıqdan və soyuqdan ölüb
15:36 / 18-04-2024
Bavariyada iki nəfər Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılıb
15:29 / 18-04-2024
Peskov: "Oçeretnının Fransadakı villasının həbsi qanunsuzdur"
15:24 / 18-04-2024
Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının idman zalına pilotsuz təyyarə ilə yenidən hücum edib
15:19 / 18-04-2024
Peskov: "ABŞ Kiyevə kömək etməklə özü üçün fayda axtarır"
15:14 / 18-04-2024
Zaxarova: "Almaniya Rusiyanı konsentrasiya düşərgəsi məhbuslarının xatirəsini yad etməyə dəvət etməyib"
15:10 / 18-04-2024
Rusiya Xarici İşlər Nazirliyi: MAQATE rəhbəri Qrossi tezliklə Rusiyaya səfər edə bilər
15:00 / 18-04-2024
İspaniyada 17 yaşlı idmançı meningitdən dünyasını dəyişib
14:57 / 18-04-2024
Müstəntiqlər iradına görə moskvalını öldürən miqrantın şəxsiyyətini müəyyən ediblər
14:51 / 18-04-2024
"Monako"nun futbolçusu Qolovin zədə səbəbindən mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda qoyub
14:47 / 18-04-2024
Peskov: "Kiyevə yeni yardım paketi cəbhədəki vəziyyəti dəyişməyəcək"
14:42 / 18-04-2024
Bayden əmisinin cəsədinin yoxa çıxmasını adamyeyənlərlə əlaqələndirib
14:37 / 18-04-2024
Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 8 nəfər yaralanıb
23:29 / 17-04-2024
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
23:09 / 17-04-2024
Amsterdam kütləvi turizmlə mübarizə məqsədilə yeni otellərin tikintisini qadağan edib
Bizim “Cəbiş müəllim”! - Həkimlik oxudu, aktyor oldu
Tarix: 24-08-2019 09:45 | Bölmə: Mədəniyyət
Modern.az saytı tanınmış jurnalist Səfurə Çərkəzqıznın məşhur sənətkarlardan bəhs edən növbəti yazısını təqdim edir.
O, həkim olmalıydı, hər şey birdən-birə dəyişməsəydi...
“Bəlkə də, səbəbkar rəhmətlik Əliağadı. 1928-ci iliydi. Dağıstanda pioner düşərgəsindəydik. Bizi cərgəyə düzmüşdülər, mən onuncuydum. Qayda beləydi: hər kəs sırada neçənci olduğunu yüksəkdən deməliydi. Növbə mənə çatanda “desyat” dedim. Məndən sonra dayanan oğlansa “odinnadsat” əvəzinə “desyat odin” dedi. Hamı gülüşdü. Nəzarətçi ona neçə dəfə “odinnadsat” sözünü təkrar elətdirsə də, oğlan tutduğundan əl çəkmədi. Onun qəribəliyi ürəyimə yatdı. Həmin gündən dostlaşdım onunla. O oğlan Əliağa Ağayeviydi. Sonra uzun müddət görüşə bilmədik.
Tibb Universitetində oxuyurdum. Bir gün təsadüfən rastlaşdıq, hal-əhval tutduq. Dedi, nə əcəb həkim olmaq sevdasına düşmüsən, sən ki kinoyla, teatrla maraqlanan adamıydın? Dedim, nə bilim, qismətdi də...
Özü də çilingər işləyirmiş. Birdən qayıtdı ki, bəlkə, gündüzlər oxuyub, gecələr dərnəyə gələsən? Dənizçilərin klubundakı dərnəyi deyirdi. Söz verdim ki, gələcəm. Elə o vaxtdan başladım dərnəyə gedib-gəlməyə. Əliağa özü də gedirdi. Bizimlə rejissor İbrahim Rəhimli məşğul olurdu. Bir müddət sonra bizə rollar verdi. Düz 3 il təbliğat- təşviqat briqadasında işlədik, dənizçilərin qarşısında çıxış elədik. Belə-belə dərsdən soyudum, həkim olmaq fikrini birdəfəlik başımdan atdım. Briqadada işləmək mənə əl verirdi. Fərli-başlı pul almasam da, yeyib-içməyim oranın hesabınaydı. Yetim oğlandım, mənə bu da bəsiydi. Sonra bu sənətin aşiqi oldum. 1936-cı ilin mart ayının 9-u Gənc Tamaşaçılar Teatrına getdim”...
...Beləcə, Süleyman Ələsgərovu həmin teatrın səhnəsində görməyə alışdıq. Düz 65 il...
Onu ən çox Cəbiş müəllim kimi sevdik, tanıdıq... Bir aktyor kimi bunun xoşbəxtliyini, ləzzətini yaşadı. Amma hərdən - Cəbiş müəllim Süleymanı kölgədə qoyanda buna acığı da tutdu, yaratdığı obrazı qısqandı...
“Küçəylə gedirəm, dayanıb salam verirlər: “Salam, Cəbiş müəllim, necəsiz?” Deyirəm, a bala, bir mənim öz adımı de görüm. Qalır üzümə baxa-baxa. Heç kəs Süleyman Ələsgərovu tanımır. Yetən “Cəbiş müəllim” deyib yapışır yaxamdan”.
...Amma rolu ilə məşhur olub tanınmaq hər akyorun qismətinə düşən pay deyil ki!
“Filmin rejissoru Həsən Seyidbəyli elə can qoymamışdı ki, bəhrəsi olmasın. Hər məşqdə mənə dönə-dönə deyirdi ki, Süleyman, Cəbiş müəllim səninçün Huşsuz əmi deyil haa! Huşsuz əmini uşaqlarçün oynamışdım. Xaraktercə Cəbiş müəllimdən çox fərqlənirdi.
...Bir dəfə də olsun, demirdi ki, xoşumgələn oynayırsan. Film hazır olandan sonra sakitcə oturub baxdı, sonra dedi, əhsən, qiyamətsən!. Bu sözdən sonra mənim canım da rahatlandı. Sonra camaat da tərifləməyə başladı. 1970-ci ildəsə bu obrazım Minskdə keçirilən festivalın qalibi oldu”.
Nədənsə, adama elə gəlir ki, Cəbiş müəllim elə Süleyman Ələsgərovun özüdü. Bəlkə, elə özünü oynadığına görə rol bu qədər uğurlu alınıb?
“Oxşarlığımız çoxdu. Mən də sadə adamam, o da. Mənimçün də, onunçün də qanun qanundu. Hələ bu yaşıma qədər qanundan kənar bir iş görməmişəm. Cəbiş müəllim də vətənini, ailəsini, sənətini sevir, mən də. Sənətə böyük məhəbbətim var: elə bilirəm, səhnədən getsəm, o saat nəfəsim tükənər”.
Amma özünü kinoda bəxti gətirənlərdən saymayıb. Cəmi bir- iki filmə çəkilib: “Bizim Cəbiş müəllim”, “Köhnə bərə”, “İstintaq davam edir”, “O qızı tapın”, “Bağ evi”... Rollarının çoxu epizodik olsa da, bundan qətiyyən narazılıq etməyib:
“Yeri gələndə epizodik rollarımı baş rollara dəyişmərəm. İstədiyim qədər çəkilə bilməməyim məni incidir. Bununçün nələrdənsə keçmək lazımıydı. Mən bunu bacarmadım”.
Xalq artistini “Mahmud və Məryəm” tamaşasında da görəcəydik. Mirzə Salman rolunda. Amma xəstəliyi macal vermədi. Xəstəxanaya düşmüşdü. Ona baş çəkməyə getmişdim, jurnalist kimi. Ayağım sayalı olmuşdu, ağrıları yavaş-yavaş səngiyirdi. Xeyli söhbət elədik. Olanlardan, keçənlərdən...Cəbiş müəllimdən, Hacı Qəmbərdən, teatrda oynadığı 260 rolundan...
Söhbətin arasında birdən qəhərləndi. İşdən-gücdən uzaqlaşmağı, xəstəliyə boyun əyməyi özünə sığışdıra bilmirdi.
“85 yaşım var. İndiyə kimi azar nədi bilməmişəm. Heç burnum da qanamayıb. Birdən-birə düşdüm, günah özümdədi. Bir ara ayaqlarım ağrıdı, biri dedi yeldi, biri dedi duzdu. Əhəmiyyət vermədim, fikirləşdim ki, keçib gedər. Axırda məni belə yaxaladı. Həkim deyir ki, ayaqlarına bərk soyuq olub. Həm də qışda qar yağanda sürüşüb yıxılmışdım. O vaxtdan bel sümüyümdə sınıq qalıb”.
Ayrılanda ona tezliklə teatra, səhnəyə dönməyi arzuladım. Üzü işıqlandı...
Görüşümüzdən heç bir həftə keçməmişdi...qəzet üçün onun ölüm xəbərini yazmalı oldum...
1998 dekabr
Səfurə Çərkəzqızı,
“Sevdalılar”
Redaksiyadan: Süleyman Ağababa oğlu Ələsgərov 20 iyun 1915-ci ildə Bakıda doğulub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub.
O, səhnəyə 1933- cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor götürülüb.
Süleyman Ələsgərov "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan bir neçə kinolentlərində çox kiçik epizodlara çəkilib. Onun ən populyar və iri həcmli ekran obrazı "Bizim Cəbiş müəllim" filmində əsas qəhrəman olan Cəbiş müəllim roludur. Aktyor Gənc Tamaşaçılar Teatrının inkişafında xidmətlərinə görə 27 fevral 1954-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrında fasiləsiz olaraq altmış üç il səhnəyə çıxıb. Dramlarda, komediyalarda, faciələrdə, nağıllarda, nağıl-dastan süjetli pyeslərdə bir-birindən əlvan rollar yaradıb. Səksən üç yaşında da səhnədə canlı, dinamik və təravətli görünürdü. Səhnə məntiqini həmişə həssaslıqla gözləyib.
1961-ci ildə oynadığı Səməd Vurğun ("Komsomol poeması", İsgəndər Coşqun) roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.
Yaradıcılığının özəyi, mayası əsasən realist aktyor məktəbinin estetik prinsipləri ilə yoğrulmuşdu. Qəhrəman perso-najlarının ifası psixoloji dramatizmi, komik və satirik rolları təbiiliyi, koloritli gülüşü, estetik zərifliyi ilə səciyyəvi idi.
Süleyman Ələsgərov 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.
Baxış sayı: 585
Bölməyə aid digər xəbərlər

14-04-2024, 20:00
Leps konsertdə bir tamaşaçının əlindən telefonu çıxarıb
13-04-2024, 08:41
Rejissor və operator Elinor Koppola vəfat edib
12-04-2024, 21:29
Kianu Rivz "Uğur" filminin çəkilişləri zamanı dizini sındırıb
11-04-2024, 19:29
Alman aktyor Til Şvaygerin ayağı amputasiya oluna bilər
8-04-2024, 22:08
Olqa Budina Harri Potter haqqında kitabların təhlükələrindən danışıb
4-04-2024, 13:56
Polis "Pornofilmlər"in müğənnisinin ifadələrində Rusiya Silahlı Qüvvələrini gözdən salan izlər aşkar edib
2-04-2024, 20:47
RSFSR-in xalq artisti Tatyana Konyuxova vəfat edib
29-03-2024, 23:31
Aktyor Aleksandr Tereşko dünyasını dəyişib
29-03-2024, 21:45
Şvartsenegger ürək əməliyyatından sonra çəkilişlərə qayıtmağa hazır olduğunu bildirib
28-03-2024, 21:08
Burunov etiraf edib ki, konsertə gecikməsi onu “Krokus”da terror aktından xilas edib
27-03-2024, 21:33
Aktrisa Svetlana Svetliçnaya xəstəxanaya yerləşdirilib
26-03-2024, 21:48
200 rol oynayan hindistanlı aktyor Partxa Sarati Deb vəfat edib
25-03-2024, 15:31
Sankt-Peterburqda “Piknik” qrupunun konserti terror aktı qurbanlarının xatirəsinə həsr olunacaq
23-03-2024, 13:08
Emindən ilk - Reaksiya
22-03-2024, 23:21
Lev Leşçenko tezliklə səhnəni tərk edə biləcəyini söylədi
19-03-2024, 13:59
Valeri Leontyev səhnəni tərk etmək qərarına gəlib
17-03-2024, 13:37
Lyubov Uspenskaya Rusiya pasportu alıb: “Arzum gerçəkləşdi”
15-03-2024, 23:10
Müğənni MakSim karyerasının dayandırılması ilə bağlı iddiaları rədd edir
13-03-2024, 21:35
Bred Pitt məhkəmədə Ancelina Coli üzərində növbəti qələbəsini qazanıb
13-03-2024, 20:58
"Bi-2" qrupu Kəmərdə beş günlük festivalın ləğvini təsdiqləyib
10-03-2024, 23:24
Morqunovanın ölümünə səbəb qan laxtalanması olub
9-03-2024, 20:37
Kristina Orbakaitenin Kremldəki çıxışı ləğv edilib
9-03-2024, 20:31
Aktyor Anatoli Vasilyev aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib
9-03-2024, 18:09
"Vəhşi mələk"in ulduzu Estrela Novais vəfat edib
6-03-2024, 15:36
Müğənni Stas Mixaylov heç vaxt borc götürmədiyini etiraf edib
5-03-2024, 21:34
“Gizli yarmarka” və “Moskva uğrunda döyüş” filmlərinin aktyoru Valeri Yurçenko vəfat edib
3-03-2024, 20:46
“Titanik” filmindən qapı və sükan fraqmentləri hərraca çıxarılıb
3-03-2024, 20:05
Kirkorov sosial şəbəkələrdə Puqaçovanın yeni mahnısını yayımlayıb
1-03-2024, 22:36
"Zoopark" qrupunun sonuncu üzvü Valeri Kirilov dünyasını dəyişib
1-03-2024, 17:22
Alla Puqaçova 16 ildən sonra ilk dəfə yeni albom çıxarıb
28-02-2024, 12:17
Dziuba kino debütünü yüksək qiymətləndirdi
27-02-2024, 09:59
ABŞ-ın ilk "Miss" titulunun sahibi Ceki Lokeri vəfat edib
26-02-2024, 16:43
"Captain Marvel" filminin aktyoru Kennet Marvel vəfat edib
25-02-2024, 10:43
Kristofer Nolanın Oppenheimer filmi üç Ekran Aktyorları Gildiyası Mükafatını qazandı
22-02-2024, 22:48
Britaniyalılar qiymətlərin artması səbəbindən musiqi festivallarını ləğv etmək məcburiyyətində qalıblar
22-02-2024, 21:25
Müğənni Zivert ağır xəstəliyə görə konsertlərini yarımçıq qoyub
19-02-2024, 20:07
Türkiyədə "Bi-2" konsertləri ləğv edilib
18-02-2024, 21:39
Fransa kinosunda ən yaxşı Dartanyanı hesab edilən Jerar Barre vəfat edib
18-02-2024, 15:17
Naxçıvanda Heydər Əliyev Muzeyinin yaradılmasından 25 il ötür
18-02-2024, 15:01
Həmvətənimiz ilin ən yaxşı bəstəkarı seçilib
17-02-2024, 23:08
Vladimir Jirinovski rolunu Nikita Koloqrivi canlandıracaq
16-02-2024, 23:56
Rusiyanın əməkdar artisti Ramilə İsgəndərin həbs müddəti uzadılıb
16-02-2024, 23:24
"Azəristar" yarışması onu lazımsız "kruq"lara saldı" - Emilin anası