Bütün xəbərlər
"Prezident dedi ki, səni "Maşın" şoudan niyə çıxarıblar?" - Rafael Dadaşov
Tarix: 06-08-2019 18:06 | Bölmə: Mədəniyyət
                   "Prezident dedi ki, səni "Maşın" şoudan niyə çıxarıblar?" -  Rafael Dadaşov


"2007-ci ildə Murad Dadaşovun “Maşın” şousunda iştirak etdim. Bir neçə sənətkarlar saqqımızı oğurladı ki, ancaq aktyorlar olacaq, amma yalan imiş. Tünzalə Əliyeva məni oyundan çıxardı. Çox anlaşılmaz bir durum idi. İndiyədək hamı soruşur ki, səni oyundan niyə çıxardı?".Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Rafael Dadaşov "5/5" verilişində qonaq olarkən deyib. Aktyor ölkə başçısı İlham Əliyevlə görüşündən və ona ev hədiyyə etməsindən danışıb:
"Həmin ərəfədə Respublika günü münasibətilə mayın 25-də "Gülüstan" sarayında sənət adamlarını bir araya yığdılar. Həmin il ulu öndər Heydər Əliyevin ad günündə mənə ev verilmişdi. Fürsət axtarırdım ki, Prezidentə təşəkkür edim. Tədbirdə gəzirdim ki, İlham Əliyev məni görsün. Gördü, dedi ki, Rəfael, yaxın gəl. Yaxınlaşdım ki, təşəkkür edəm, özü açdı söhbəti. Qayıtdı ki, gördüm masanın üstündə məktub var, Rəfaelin evi yoxdur. Dedim necə yoxdur? Dedim ki, Rəfaelə ev verin.
Sonra qayıtdı ki, səni “Maşın” şoudan niyə çıxartdılar? Hamı gülməyə başladı. Çaşdım, dedim ki, cənab Prezident, baxırsınız? Dedi ki, o gün təsadüfən kanallara  baxırdım, g


Baxış sayı: 579


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya