16:12 / 20-04-2024
Qadın yol polisi müfəttişini avtomobilini yedəklədiyi üçün döyüb
16:09 / 20-04-2024
Finlandiyanın baş naziri Aİ-dən Rusiya Federasiyası ilə bağlı sərhədə yaxın regionlar üçün pul istəyib
16:04 / 20-04-2024
Şimali Osetiya sərhədində ukraynalı casus saxlanılıb
16:01 / 20-04-2024
Varşava Minskə Volkov işi üzrə bir belaruslunun saxlanması barədə məlumat verməyib
15:56 / 20-04-2024
Qaribaşvili: "Gürcüstan Aİ-yə qəbul olunarsa, xarici agentlər haqqında qanuna yenidən baxılacaq"
13:33 / 20-04-2024
Cavanşir Məmmədov vəfat etdi
12:21 / 20-04-2024
Deputat İvlev: "Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya zərbələri NATO tərəfindən planlaşdırılıb"
12:16 / 20-04-2024
Mağaza sahibini şahidlərin gözü qarşısında güllələyib
12:12 / 20-04-2024
Moskvada keçirilən MMA turniri kütləvi dava ilə başa çatıb
12:05 / 20-04-2024
Soçidə şortikli turisti qarlı yamacdan xilas etmək 8 saat çəkib
12:00 / 20-04-2024
Ukraynanın qərbində hərbi geyimli şəxslər nəzarət-buraxılış məntəqəsində bir polisi güllələyiblər
23:47 / 19-04-2024
“İzvestiya”nın hərbi müxbiri Semyon Eremin Şimal Hərbi Dairə zonasında ölüb
23:25 / 19-04-2024
Uspenskayanın direktoru müğənninin səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərləri təkzib edib
23:18 / 19-04-2024
Üç İsrail raketi İraq ərazisinə düşüb
23:11 / 19-04-2024
"Monako"nun baş məşqçisi Hütter: "Qolovin əsas oyunçudur"
23:05 / 19-04-2024
WP: Ukrayna Silahlı Qüvvələri anlayır ki, səfərbərlik mərmi aclığı fonunda heç nəyi dəyişməyəcək
22:58 / 19-04-2024
Finlandiyanın Baş naziri və AK rəhbəri rusdilli sakinlərlə ünsiyyətə vaxt tapmadı
22:50 / 19-04-2024
"Üç balina" ticarət kompleksinin təsisçisi Sergey Zuev vəfat edib
22:38 / 19-04-2024
NATO-nun baş katibi Ukraynanın Rusiya Federasiyasındakı hərbi obyektlərə zərbələrini qanuni hesab edir
22:30 / 19-04-2024
UEFA "Aston Villa"nın qapıçısı Martinesi Konfrans Liqasından kənarlaşdırıb
22:23 / 19-04-2024
Rusiya hökuməti dost olmayan ölkələrdən gələn pivə üçün gömrük rüsumlarını artırıb
22:01 / 19-04-2024
Fövqəladə Hallar Nazirliyi moskvalılara güclü küləklə bağlı xəbərdarlıq edib
21:54 / 19-04-2024
ABC: İsrail İrandakı nüvə obyekti yaxınlığında hava hücumundan müdafiə radarını vurdu
12:41 / 19-04-2024
"SUMQAYIT! ƏBƏDİ YAŞA" LAYİHƏSİ mərhum şair Sabir Sarvana həsr olunmuşdu
09:32 / 19-04-2024
Rusiya Müdafiə Nazirliyi Stavropol vilayətində "Tu-22M3" təyyarəsinin qəzaya uğradığını təsdiqləyib
09:27 / 19-04-2024
“Liverpul” “Atalanta”ya qalib gəlsə də, Avropa Liqasından kənarda qalıb
09:23 / 19-04-2024
"Bayer Leverkuzen" və "Roma" Avropa Liqasının finalına çıxmaq uğrunda mübarizə aparacaq
08:15 / 19-04-2024
Robert Vud: "Fələstin BMT-nin tamhüquqlu üzvü ola bilməz"
08:09 / 19-04-2024
Kuleba Kobaxidzeni Gürcüstanın “ukraynalaşması” ilə bağlı sözlərə görə tənqid edib
08:04 / 19-04-2024
Qadın 13 yaşlı oğluna bıçaqla hücum edib
07:59 / 19-04-2024
ABŞ Argentinaya müdafiə üçün 40 milyon dollar verir
07:53 / 19-04-2024
Əlcəzair Fələstinin BMT-yə üzvlüyü perspektivinə əmindir
07:49 / 19-04-2024
Ana və azyaşlı oğul yanğın nəticəsində ölüb
07:45 / 19-04-2024
İsrail İranda bir obyektə raket zərbəsi endirib
07:40 / 19-04-2024
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
22:58 / 18-04-2024
Dövlət Departamenti: ABŞ Fələstinin BMT-yə daimi üzv kimi daxil olmasını dəstəkləməyəcək
22:52 / 18-04-2024
Makron: "Ukrayna üçün İsraillə eyni hava hücumundan müdafiə sistemi qurmaq mümkün deyil"
22:41 / 18-04-2024
CNN: Çad ABŞ-ı hərbi razılaşmanı pozmaqla hədələyir
22:32 / 18-04-2024
Zaxarova: "Kosovonun Avropa Şurasına daxil olmaq hüququ yoxdur"
22:27 / 18-04-2024
Mirançuk "Liverpul"la oyunda "Atalanta"nın start heyətində yer alıb
“Əhməd haradadır?”ın “Ceyran”ı: “Çəkilişlər dövründə hamilə idim və bunu gizlətməli olurdum” - MÜSAHİBƏ
Tarix: 02-08-2019 17:48 | Bölmə: Mədəniyyət
"Həyat yoldaşım Bakıda faciəvi şəkildə vəfat etdi"
“Azərbaycanın fəxri adına layiq görülsəm, bu mənim üçün böyük şərəf olar”
Bu gün Azərbaycanın milli kinosunun yaranmasından 121 il ötür. Milli Kino Günündə 56 il öncə lentə alınan və bu gün də tamaşaçıların böyük həvəslə izlədiyi “Əhməd haradadır?” filmində ən parlaq obrazlardan biri olan Ceyran rolunu yaradan Gürcüstanın Xalq artisti Nana Paçuaşvili “Report”un yerli bürosuna müsahibə verib.
- “Əhməd haradadır?” filmi peşəkar fəaliyyətinizdə necə rol oynayıb?
- Rejissor Adil İsgəndərovun “Ceyran” roluna niyə məhz məni seçdiyini hələ də bilmirəm. Bilirsiniz ki, bu filmin çəkilişləri zamanı həyatımda ən böyük faciəni yaşadım. Həyat yoldaşım Bakıda faciəvi şəkildə vəfat etdi. Yaşadığım ağır günlər indi mənə yuxu kimi gəlir. Sanki həmin gənc qız mən olmamışam. Həyatım tam dəyişdi. Bu faciəni ürəyimdə daşıyıram. Tez-tez ağlayıram. Oğlum həyat yoldaşımın ad və soyadını daşıyır. Onu tək boya-başa çatdırmaq, tərbiyə vermək çox çətin oldu.
Həyat yoldaşımı itirəndən sonra Bakıya bir daha heç vaxt getməyəcəyimi düşünürdüm. Lakin uzun illərdən sonra Bakıda qastrol səfərinə getməli oldum. Peşəmi çox sevdiyimdən mən özümü dəf etdim. Elə o zaman Bakıya yenidən vuruldum. Bakı çox dəyişib. Azərbaycan xalqı isə əvvəlki kimi isti, hissiyatlı və qonaqpərvər olaraq qalıb. Mənə Azərbaycanda “Ceyran xanım” deyirlər və bu, mənim çox xoşuma gəlir.
Gürcülərin azərbaycanlılara xüsusi sevgisi var. Xalqlarımız arasındakı münasibətlərdə heç bir səhvə yol verilməyib. Elə xalqlar var ki, digər xalqa qarşı münasibətini gizlədir. Lakin gürcü və azərbaycanlılar dürüst xalqlardır və münasibətlərini heç zaman gizlətmirlər.
- Gürcü qızı üçün azərbaycanlı “Ceyran”ı yaratmaq çətin olmadı ki?
- Ceyran müasir qız olduğundan onu canlandırmaq çətin olmadı. Yaşadığım faciəyə görə rəqs edə bilmirdim. Lakin rejissor çıxış yolu tapırdı. Məni iri planda çəkmirdilər. Hamilə olduğumu da gizlətməli olurdum. Plastikam da dəyişmişdi. Ən əsası odur ki, “Ceyran”ı tamaşaçılar çox sevdi.
Bu hadisə çoxdan olub. Tbilisidə nar alırdım. Narı Azərbaycandan gətirmişdilər. Satıcı da azərbaycanlı idi. O, mənə ona çox tanış gəldiyimi və əvvəllər məni haradasa gördüyünü dedi. Mən də cavabımda “Ceyran”ı oynadığımı söylədim.
- Filmin çəkiliş proseslərində ab-hava necə idi? Sizə münasibətdən razı idiniz?
- Bütün çəkiliş qrupu mənə böyük sevgi ilə yanaşırdı. Filmdə anamı oynayan böyük aktrisa Nəcibə Məlikovanı çox istəyirdim. Nəcibə xanım çox cazibədar qadın idi. Heyət üzvlərinin hər birinin ona çox gözəl münasibəti vardı.
- “Əhməd haradadır?” filmindən sonra başqa kinolara çəkildinizmi?
- Mən güclü qadınam. O faciədən sonra bir sıra problemlər də yaşamışam. Amma onlar indi maraqlı deyil. Dahi gürcü rejissoru Mixail Tumanişvilinin yanına qara geyimdə gedəndə, o mənə dedi ki, böyük faciə və təlatümlər yaşayan aktyorlar daha yaxşı aktyorlar olur. Əlbəttə ki, həmin aktyorda tələb olunan göstəricilər də olmalıdır.
Sonralar kinoda tez-tez çəkilmədim. Mən teatr aktrisasıyam. 100-dən çox rol oynamışam. Rustaveli adına Teatr Gürcüstanda ilk və çox nüfuzlu teatrdır. Böyük rejissorumuz Robert Sturua ilə tamaşalarımızla bütün dünyanı gəzmişik. Rustaveli Teatrı ilə yanaşı, digər teatrlarda da çalışıram. İndi teatrlarda daha çox gənc aktyorlar tələb olunur.
Amma mən milliyətcə meqreləm, güclü xarakterim var, çox işgüzaram, haradasa tərsəm. Məni aktrisa kimi fərqli edən cəhətlərim müxtəlif tipajlı rollar yaratmağıma imkan verir. Zaman elə sürətlə ötür. Xüsusən də aktyorlar üçün. Belə ki, bizim həyatımız səhnədə, məşqlərdə keçir. Bir çox nailiyyətlər qazanmışam. Rustaveli adına Teatrın qarşısında 2013-cü ildə ulduzum da açılıb. Bu, Gürcüstanda sənət adamına verilən ən yüksək dəyər göstəricilərindən biri hesab olunur.
- Filmdəki “Şofer Əhməd” – Elxan Qasımovla dostluq münasibətləriniz bu günə qədər davam edir.
- Bəli. Elxanla isti münasibətlərimiz var. Bayramlar və ad günlərində bir-birimizi təbrik etməyi yaddan çıxarmırıq. Ümid edirəm ki, Elxanın sağlamlıq durumu da, işləri də yaxşıdır.
- Azərbaycana bu yaxınlarda səfər etməyi planlaşdırırsınızmı?
- Mən həm də Atoneli teatrında rəhbərəm. Truppa ilə Böyük Britaniya, Fransa və digər ölkələrdə qastrol səfərlərində olmuşuq. Azərbaycana da getmək istəyirdik. Azərbaycanın Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Gənc Tamaşaçılar Teatrı ilə danışıqlar aparıldı. Lakin, təəssüflər olsun ki, maliyyə problemi səbəbindən səfərimiz baş tutmadı. Ümid edirəm ki, Bakıya qastrol səfərimiz alınacaq. Sizin nazir Əbülfəs Qarayev də tapşırıq vermişdi ki, Azərbaycan və Gürcüstan teatrları arasında əməkdaşlıq gücləndirilsin, kiçik truppaların qarşılıqlı qastrol səfərləri təşkil olunsun. Amma sonra işlər yarımçıq qaldı. Gürcüstanla müqayisədə Azərbaycanın imkanları daha böyükdür. Ümid edirəm ki, Azərbaycan tərəfi bizim qastrol səfərimizin baş tutmasına dəstəkləyəcə.
- Sizcə “Əhməd haradadır?” filmi kimi köhnə filmlərin bu gün də sevilməsi və böyük rəğbətlə izlənməsinin sirri nədədir?
- Köhnə gürcü filmləri də çox sevilir. Mən artıq böyük nənəyəm. Nəvələrim və nəticəm var. Mən özüm də, nəvələrim də köhnə filmləri böyük həvəslə izləyirik. Həmin filmlərdə incəlik var. Köhnə filmlər xalq filmləridir. Onların kökləri xalqdan gəlir və “Əhməd haradadır?” filmi də məhz bu filmlərdəndir.
- Azərbaycanda hansısa fəxri ad və ya mükafat almısınızmı?
- Çox qəribə və təəccüblü olsa da, xeyr. (gülür) Azərbaycan mənə fəxri ad verməyib. Amma hesab edirəm ki, verə bilər. “Əhməd haradadır?” filmi çoxdan lentə alınıb və yəqin buna görə də Azərbaycan dövlətinin fəxri adına layiq görülməyimin vaxtı keçib. Bu ad mənə verilsə, mənim üçün böyük şərəf olar.
Baxış sayı: 760
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:33
Cavanşir Məmmədov vəfat etdi
Dünən, 23:25
Uspenskayanın direktoru müğənninin səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərləri təkzib edib
14-04-2024, 20:00
Leps konsertdə bir tamaşaçının əlindən telefonu çıxarıb
13-04-2024, 08:41
Rejissor və operator Elinor Koppola vəfat edib
12-04-2024, 21:29
Kianu Rivz "Uğur" filminin çəkilişləri zamanı dizini sındırıb
11-04-2024, 19:29
Alman aktyor Til Şvaygerin ayağı amputasiya oluna bilər
8-04-2024, 22:08
Olqa Budina Harri Potter haqqında kitabların təhlükələrindən danışıb
4-04-2024, 13:56
Polis "Pornofilmlər"in müğənnisinin ifadələrində Rusiya Silahlı Qüvvələrini gözdən salan izlər aşkar edib
2-04-2024, 20:47
RSFSR-in xalq artisti Tatyana Konyuxova vəfat edib
29-03-2024, 23:31
Aktyor Aleksandr Tereşko dünyasını dəyişib
29-03-2024, 21:45
Şvartsenegger ürək əməliyyatından sonra çəkilişlərə qayıtmağa hazır olduğunu bildirib
28-03-2024, 21:08
Burunov etiraf edib ki, konsertə gecikməsi onu “Krokus”da terror aktından xilas edib
27-03-2024, 21:33
Aktrisa Svetlana Svetliçnaya xəstəxanaya yerləşdirilib
26-03-2024, 21:48
200 rol oynayan hindistanlı aktyor Partxa Sarati Deb vəfat edib
25-03-2024, 15:31
Sankt-Peterburqda “Piknik” qrupunun konserti terror aktı qurbanlarının xatirəsinə həsr olunacaq
23-03-2024, 13:08
Emindən ilk - Reaksiya
22-03-2024, 23:21
Lev Leşçenko tezliklə səhnəni tərk edə biləcəyini söylədi
19-03-2024, 13:59
Valeri Leontyev səhnəni tərk etmək qərarına gəlib
17-03-2024, 13:37
Lyubov Uspenskaya Rusiya pasportu alıb: “Arzum gerçəkləşdi”
15-03-2024, 23:10
Müğənni MakSim karyerasının dayandırılması ilə bağlı iddiaları rədd edir
13-03-2024, 21:35
Bred Pitt məhkəmədə Ancelina Coli üzərində növbəti qələbəsini qazanıb
13-03-2024, 20:58
"Bi-2" qrupu Kəmərdə beş günlük festivalın ləğvini təsdiqləyib
10-03-2024, 23:24
Morqunovanın ölümünə səbəb qan laxtalanması olub
9-03-2024, 20:37
Kristina Orbakaitenin Kremldəki çıxışı ləğv edilib
9-03-2024, 20:31
Aktyor Anatoli Vasilyev aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib
9-03-2024, 18:09
"Vəhşi mələk"in ulduzu Estrela Novais vəfat edib
6-03-2024, 15:36
Müğənni Stas Mixaylov heç vaxt borc götürmədiyini etiraf edib
5-03-2024, 21:34
“Gizli yarmarka” və “Moskva uğrunda döyüş” filmlərinin aktyoru Valeri Yurçenko vəfat edib
3-03-2024, 20:46
“Titanik” filmindən qapı və sükan fraqmentləri hərraca çıxarılıb
3-03-2024, 20:05
Kirkorov sosial şəbəkələrdə Puqaçovanın yeni mahnısını yayımlayıb
1-03-2024, 22:36
"Zoopark" qrupunun sonuncu üzvü Valeri Kirilov dünyasını dəyişib
1-03-2024, 17:22
Alla Puqaçova 16 ildən sonra ilk dəfə yeni albom çıxarıb
28-02-2024, 12:17
Dziuba kino debütünü yüksək qiymətləndirdi
27-02-2024, 09:59
ABŞ-ın ilk "Miss" titulunun sahibi Ceki Lokeri vəfat edib
26-02-2024, 16:43
"Captain Marvel" filminin aktyoru Kennet Marvel vəfat edib
25-02-2024, 10:43
Kristofer Nolanın Oppenheimer filmi üç Ekran Aktyorları Gildiyası Mükafatını qazandı
22-02-2024, 22:48
Britaniyalılar qiymətlərin artması səbəbindən musiqi festivallarını ləğv etmək məcburiyyətində qalıblar
22-02-2024, 21:25
Müğənni Zivert ağır xəstəliyə görə konsertlərini yarımçıq qoyub
19-02-2024, 20:07
Türkiyədə "Bi-2" konsertləri ləğv edilib
18-02-2024, 21:39
Fransa kinosunda ən yaxşı Dartanyanı hesab edilən Jerar Barre vəfat edib
18-02-2024, 15:17
Naxçıvanda Heydər Əliyev Muzeyinin yaradılmasından 25 il ötür
18-02-2024, 15:01
Həmvətənimiz ilin ən yaxşı bəstəkarı seçilib
17-02-2024, 23:08
Vladimir Jirinovski rolunu Nikita Koloqrivi canlandıracaq