Bütün xəbərlər
Sumqayıtda mədəniyyət işçilərinin Ağsaqqallar Şurasının üzvləri ilə görüşü keçirilib – FOTOLAR
Tarix: 24-07-2019 12:45 | Bölmə: Mədəniyyət

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə mədəniyyət işçilərinin Sumqayıt şəhər Ağsaqqallar Şurasının üzvləri ilə görüşü keçirilib.
Sumqayıtın 70 illiyi münasibətilə Sumqayıt Dövlət Dram Teatrında baş tutan görüşdə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, , şəhər ziyalıları və mədəniyyət işçiıləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan idarə rəisi Mehman Şükürov son illər şəhərimizdə aparılan abadlıq və quruculuq işlərindən, inşa edilən mədəniyyət müəssisələrindən danışaraq bildirib ki, ölkə başçısının və şəhər rəhbərliyinin mədəniyyət işçilərinə olan diqqət və qağısı bizi daha da böyük nailiyyətlər əldə etməyə ruhlandırır.
Sonra şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, şair Əşrəf Şəfiyev, Ə.Kərim adına Poeziya evinin direktoru İbrahim İlyaslı, S.Vurğun adına Sumqayıt MKS-nin direktoru Yeganə Əhmədova və digərlərinin mövzu ətrafında çıxışları dinlənilib.
Sonda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək sumqayıtın 70 ildə keçdiyi tarixi yola nəzər salıb, son illərdə görülən işlərdən danışaraq bildiirib ki, ölkə prezidenti cənab İlham Əliyevin “möcüzə” adlandırdığı sumqayıt buıvarının ərazisi şimala doğru 1 kilometr uzadılır. Hazırda 106 hektar olan bulvar ərazisinə daha 32 hektar əlavə edilir.
Natiq Muğam mərkəzi və kinoteatrın inşasına diqqət çəkərək bildirib ki, sumqayıtlıların mədəni istirahətlərinitəmin etmək üçün şəhərimizdə bütün lazımi şərait yaradılacaq və şəhərimiz sözün əsl mənasında mədəniyytət mərkəzinə çevriləcək.
Sonda Teymur Səmədov hər kəsi Sumqayıtın 70 illik yubileyi münasibətilə təbrik edib.
Sumqayitxeber.com
Sumqayıtda mədəniyyət işçilərinin Ağsaqqallar Şurasının üzvləri ilə görüşü keçirilib - FOTOLAR

Baxış sayı: 679

Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya