22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Emin Ağalarov məşhur jurnalı aldı
Tarix: 16-07-2019 02:15 | Bölmə: Mədəniyyət



Azərbaycanın Xalq artisti, “Crocus Group”un vitse-prezidenti Emin Ağalarov “OK!” jurnalının yeni sahibidir.
Müğənninin özü məlumatı RBK-ya təsdiq edib.
E.Ağalarovun sözlərinə görə, məsələ ilə bağlı razılaşma yaxın vaxt ərzində yekunlaşacaq.
Hazırda “OK!” nəşrinin qeydiyyatı haqqında şəhadətnamə “AS Rus Media” SC-nin adına rəsmiləşdirib. Xalq artisti bildirib ki, “AS Rus Media” ona jurnalı “OK!” əmtəə nişanı, nəşrin saytı və komandası ilə birlikdə verəcək.
E.Ağalarovun sözlərinə görə, Vadim Vernik “OK!” jurnalının baş redaktoru olaraq qalacaq, nəşrin redaksiya siyasəti dəyişməyəcək.
Xatırladaq ki, “OK!” brendinin sahibi hazırda Britaniyanın “Reach” media qrupudur.
Sumqayitxeber.com


Baxış sayı: 639


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya