Bütün xəbərlər
"Məndən çox qazanırlar" - Gənc aktrisaları tənqid etdi
Tarix: 01-07-2019 19:14 | Bölmə: Mədəniyyət
"Məndən çox qazanırlar" -  Gənc aktrisaları tənqid etdi

"Komediya filmlərində yaxşı pul var. Amma aktyor üçün yox. Onu çəkən prodakşın qazanır".Axşam.az-ın məlumatına görə, bu sözləri aktrisa Sevinc Əliyeva "X maqazin"ə açıqlamasında deyib. O, komediya janrında olan filmlərə dəvət almamasından söz açıb:
"Dalan" filmindən yaxşı qonorar almışam. İnanmıram ki, hansısa komediya filmindən mənə o məbləği verərdilər.
Bütün filmlərimdə ağlayıram. Rejissorlar məni görən kimi deyir, Sevinc, ağla".
Sevinc gənc aktrisaları da tənqid edib:
"Məndən də çox qazanan, öndə olan var. Başqalarına baxanda demirəm, kiminsə işini əlindən almışam. Amma qısqanırlar məni.
İndi çoxları məşhur olmaq üçün bu sənətə gəliblər. Tədbir olanda özləri gedirlər ki, şəkil çəkdirsinlər. Siz işinizlə tanının. İnstaqramda şəkil paylaşıb, tanınanların ömrü 5-10 gündür".


Baxış sayı: 606


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya