Bütün xəbərlər
Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi
Tarix: 26-06-2019 21:22 | Bölmə: Mədəniyyət
                 

Prezident İlham Əliyev əməkdar artist Vəfa Zeynalovaya ev hədiyyə edib.
 Modern.az xəbər verir ki, bu barədə əməkdar artist özünün Facebook səhifəsində yazıb.
 V.Zeynalova bildirib:
 “Möhtərəm cənab Prezident, bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 101 il keçir. Bu bayram münasibəti ilə siz başda olmaqla bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bu bayram günündə mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.
 Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət və qayğı bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza, sənətə və sənətkarlara sahib çıxmağınıza görə sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.
 Allah dövlətimizi, xalqımızı və sizi qorusun!”


Baxış sayı: 635


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya