Bütün xəbərlər
"Dəfn edilməmiş ölülər" Sumqayıt Dövlət Dram Teatrında
Tarix: 19-06-2019 19:03 | Bölmə: Mədəniyyət



Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi hər zaman istedadlı gənclərə dəstək olmağı özünün başlıca prinsipi sayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin diplomantı Ümid Abbasın kollektivimizdə ərsəyə gətirdiyi tamaşa buna bariz sübutdur.
Teatrın mətbuat xidmətindən Sabaha-inamla.Az-a verilən məlumata görə əməkdar incəsənət xadimi, tanınmış rejissor Mehriban Ələkbərzadənin tələbəsi  Ümid Abbas diplom işini Sumqayıt Dövlət Dram Teatrının aktyorları ilə hazırlayıb. Gənc rejissor dünya ədəbiyyatının nəhənglərindən olan  Sartra müraciət edib. "Dəfn edilməmiş ölülər" psixoloji dramdır.   Rolları əməkdar artist Cəlal Məmmədov, aktyorlar İlahə Səfərova, Şəmistan Süleymanlı, Kamran Muradlı və Aynur Hümmətova canlandırırlar. Diplomant rejissor dünyanın əzəli və əbədi mövzusu olan ölüm və olum fəlsəfəsini,  müharibələrin daim faciə, səfalət  və insanlara bəlalar  gətirməsi ilə sona yetməsini öz dəsti-xəttilə  həll edir. Tamaşa 18 iyun saat 18:00-da oynanıldı.  
Xalq artisti Cənnət Səlimova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  professoru Fikrət Sultanov, Rusiya Dövlət Teatr və İncəsənət İnstitutunun professoru, Dövlət İmtahan Komissiyasının sədri Aleksandr Barmak,Sumqayıt Dövlət Dram Teatrının direktoru, Dövlət İmtahan Komissiyasının üzvü, Əməkdar artist Mübariz Həmidov, Mədəniyyət və İncəsənət  Universitetinin baş müəllimi Sahib Novruzov, gənc rejissorun sənət müəllimi, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və digər komissiya üzvləri tamaşa ilə bağlı fikirlərini və tövsiyələrini bildirərək  uğurlu tamaşa ilə əlaqədar quruluşçu rejissoru və Sumqayıt Dövlət Dram Teatrının aktyorlarını təbrik etdilər.










Baxış sayı: 702


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya