Bütün xəbərlər
Nadir efirdə başı üstdə dayandı, tənqid olundu
Tarix: 07-06-2019 17:38 | Bölmə: Mədəniyyət



Müğənni Nadir Qafarzadə “Dalğa” TV-də yayımlanan “Zümrüdlə gün ortası” proqramında qonaq olub. 
Oxu.Az xəbər verir ki, Nadir verilişdə qonaq olan yoqa məşqçisinin yardımı ilə başı üstdə dayanmağa çalışıb.
Bu zaman köynəyinin qarın hissəsi açılan Qafarzadənin köməyinə aparıcı Zümrüd Bədəlova və rəqqasə Renka Ağamuradova çatıb.
Nadir “Ay bala, lütləndim, hər şeyimi gördünüz” deyərək qonaqların üzünü güldürüb. 
Treyner Qafarzadənin müvazinətini itirmədən dayanmasını istəyib. Nadirin belindən yapışan Renkaya yoqa müəllimi “əlini çək” deyərək, müraciət edib. Renkanın isə öz növbəsində “Şalvarını tutmuşam” deməsi studiyada gülüşlə qarşılanıb. 
Sosial şəbəkələrə yayılan bu görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar Nadir Qafarzadənin bu hərəkətini ona yaraşdırmayıblar və efir etiketinə zidd olduğunu yazıblar.
Məlumat üçün bildirək ki, efir məkanında məşhurların sərbəstliyi cəmiyyətdə tez-tez qınaqla qarşılanır.
Ekspertlər də deyir ki, şou əhlinin efir etikasına uyğun olmayan nalayiq ifadələr işlətməsi, eləcə də, 18+ hərəkətlər etməsi yolverilməzdir. Diqqət çəkən məqamlardan biri isə bu cür halların canlı yayım zamanı baş verməsidir.
Telekanal rəsmiləri isə bildirirlər ki, canlı efirdə bu cür neqativ halların qarşısını almaq çətin məsələdir.
Bu yolla onlar günahı boyunlarından atmağa çalışırlar. 
Nəzərə alsaq ki, şou xarakterli verilişlərə daha çox gənc nəsil baxır, o zaman buradakı məsuliyyət birə beş artır. Telekanallarımız illər boyu əldə etdikləri uğur və nailiyyətləri bu kimi mənfi hallar ucbatından zaman-zaman itirirlər.


Baxış sayı: 657


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya