Bütün xəbərlər
"Bu həyatdan təəssüf hissi keçirmədən gedəcəm" -Rəşidə Rəşid
Tarix: 06-06-2019 01:05 | Bölmə: Mədəniyyət
"Bu həyatdan təəssüf hissi keçirmədən gedəcəm" -  Rəşidə Rəşid

Əməkdar artisti Rəşidə Rəşid sosial şəbəkədən uzaqlaşmaq istəyini deyib.
Axşam.az-ın məlumatına görə, o, bu haqda status yazaraq, bunları qeyd edib:
"Hörmətli, əziz, sevimli dostlar! Getmək niyyətindəyəm. İzah edəcək bir şey yoxdur. Həqiqətin zəhərlənməsindən xəstəyəm... Bu həyatdan virusum var. Dahi Delon dediyi kimi, vaxtı gələndə bu həyatdan zərrə qədər təəssüf hissi keçirmədən gedəcəm. Hələ ki belə. Narahat olmayın".
Qeyd edək ki, opera ifaçısı olan Rəşidə Rəşid dahi müğənni Rəşid Behbudovun qızıdır.


Baxış sayı: 591


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya