Bütün xəbərlər
Qızların çılpaq videosuna görə müğənni toysuz qaldı
Tarix: 03-06-2019 18:19 | Bölmə: Mədəniyyət
Qızların çılpaq videosuna görə müğənni toysuz qaldı

Müğənni-bəstəkar Ramal İsrafilov qardaşı Valeh İsrafilova görə toy məclisindən uzaqlaşdırılıb.Axşam.az xəbər verir ki, bu haqda prodüser-aparıcı Tarix Əliyev "Hər şey daxil" verilişində deyib. O bildirib ki, bir müddət əvvəl 3 çılpaq qızın videosunun yayılmasında adı hallanan Valehə görə Ramal əziyyət çəkib:
"Toy edənlər müğənnilərin efirdə özünü aparmasına fikir verirlər. Ramal dostumdur, sənətinə söz ola bilməz. Ramalın qardaşının səhv addımına görə toya bir həftə qalmış onu siyahıdan çıxardılar. Ramala beh də vermişdilər. Başqa müğənni saldılar onun yerinə .Ramalın günahı yox idi axı".
Qeyd edək ki, martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb. Videoya görə Valeh İsrafilov da polis tərəfindən saxlanılmışdı. 3 qadının çılpaq videosunun lentə alınmasında onun da əlinin olduğu bildirilirdi.


Baxış sayı: 750


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya