"Nə qədər ki, mən buradayam, onun mahnısı efirə getməyəcək" - Rəhim
Tarix: 03-06-2019 10:11 | Bölmə: Mədəniyyət
"Nə qədər ki, mən buradayam, onun mahnısı efirə getməyəcək" -  Rəhim


"Əgər keyfiyyətsiz və zövqü pozacaq, bizim formata uymayan klipdirsə, müğənninin səsi yoxdursa, mən onu efirə buraxmaram. Əgər gözəl işdirsə, formatımıza uyğundursa, zövqlü musiqidirsə, insanların beynini pozmayan musiqidirsə, həmin müğənni efirə çıxa bilər. Bizim qapımız hər kəsə açıqdır. Məndə yüz nəfərin siyahısı var, yalnız o siyahıda olanların musiqisi efirə gedir. Efirə getməyən sənətçilərin adlarını açıqlamaq istəmirəm. Bunu da öz şəxsi qərarımla seçmirəm. Əgər müğənni düzgün oxumursa və ya klipi zövqsüzdürsə, onun mahnısı efirə getmir və nə qədər ki, mən burdayam, getməyəcək də".
Axşam.az xəbər verir ki, bu sözləri “Muz TV Azərbaycan”ın rəhbəri, müğənni-bəstəkar Rəhim Rəhimli ONA-ya müsahibəsində deyib. Sənətçi efirə buraxmadığı ifaçılardan söz açıb: 
"Açığını deyim sizə, mən şou-biznesdə və sosial şəbəkələrdə yoxam. Bir gün mənə sosial şəbəkələrdə olanları, “İnstaqram”da, “Facebook”da müğənnilər haqqında yazılanları göstərdilər. Orada baş verənləri görəndə şok oldum. Elə sənətçilər var ki, onları belə şou proqramlarda aşağılayıb... nə bilim, başına su tökəndə, nalayiq hərəkət edəndə mənim zoruma getdi. Danışıram, indinin özündə də pis oluram. İllərini vermiş sənətçilər televiziyada bəzi proqramlara gəlib elə səviyyəyə düşür ki, baxılası deyil...
Yalan olmasın, 8 ilə yaxındır Azərbaycanda klip çəkilmir. Çünki sənətçi bilir ki, premyeradan sonra klip atılacaq “Youtube”a. Orada da kim baxa, kim baxmaya. Sənətçi də məcburdur televiziya proqramlarını gəzsin. Onda da məcburdur qalmaqallı proqramlara çıxsın ki, piarını apara bilsin. Bu şeylərə görə mən televiziyadan incimişdim, diksinmişdim. Bir daha televiziyaya qayıtmaq istəmirdim. Amma o “İnstaqram”dakı, o televiziyalardakı biabırçılıqları, bəzi sənətçilərin başlarına açılan oyunları görəndən sonra dedim ki, ya bunu mən eləməliyəm, ya da elə mən eləməliyəm.
Bunu məndən başqa heç kəs edə bilməzdi. Ona görə də təklif gələndə qəbul elədim. Əvvəl iki gün möhlət istədim. Çünki mənim tək gəlməyim və gəlib köhnə komanda ilə çalışmağım effekt verməyəcəkdi. Köhnə komanda iş görən olsaydı, görərdi. Düşündüm ki, yeni komanda ilə gəlməli və kanalı “komple rebrendinq” etməliyəm. Onsuz yay tətili başlayırdı. Düşündüm ki, bütün proqramlar bağlanmalı, bütün teleaparıcılar, teleoperatorlar istirahətə göndərilməli və sentyabrdan daha modern, televiziyanı sevən, rəhbərliyi dinləyən komanda toplamalıyam. Allaha çox şükür olsun, az da olsa, buna nail oldum. Ona görə az deyirəm ki, gedəcəyimiz yol uzundur".


Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər
27-05-2019, 16:36 Rasim Balayevin arzusu