Bütün xəbərlər
"6 yaşlı uşaq məndən ağıllıdır" - Mehriban Zəki
Tarix: 30-05-2019 00:12 | Bölmə: Mədəniyyət
"6 yaşlı uşaq məndən ağıllıdır" - Mehriban Zəki

Xalq artisti Mehriban Zəki AzTV-də yayımlanan “Ağ və qara” verilişinin qonağı olub.
Axşam.az xəbər verir ki, o, Kamran Ağabalayevin “Altı yaşlı uşağa nə məsləhət verərdiniz” sualına belə cavab verib:
“Məsləhət verməyəcəm. Mən məsləhətlərimi ondan alıram. Çünki 6 yaşlı uşaq məndən daha ağıllı, daha müdrikdir. Yanımızda 6 yaşlı Məryəm var idi. O, danışmasa da, davranışı ilə səmimiyyəti öyrədirdi. Bu gün insanlarda ən çox çatışmayan cəhət səmimiyyətdir. Həyatın sirrlərini öyrənməyən uşaqlar çox rahat ünsiyyətə girirlər. Bir şey xoşuna gəlirsə, yaşıdı yaxud gördüyü insanla oynayırlar. Biz böyüklər isə müəyyən davranış qaydalarına riayət etmək məcburiyyətindəyik. Çünki qarşımızdakının başqa cür anlamasından ehtiyat edirik. Həyatın qaydaları bizi səmimiyyətdən uzaqlaşdırır”. 







Baxış sayı: 593


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya