Bütün xəbərlər
Vahid Naxış yenidən “ANS”də - FOTO
Tarix: 23-05-2019 23:57 | Bölmə: Mədəniyyət
             

Görkəmli kinorejissor Tofiq Tağızadənin 100 illiyi münasibəti ilə ANS Şirkətlər Qrupuna daxil olan BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilən “Mateo Falkone” qısametrajlı filminin yenilənmiş versiyada təqdimatı keçirilib.
 Modern.az-ın məlumatına görə, təqdimatda çıxış edən layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev  bildirib ki, Mateo Falkone filmi Tofiq Tağızadə tərəfindən 1960-cı ildə lentə alınıb. Film keçmiş sovet dövrünün ən kəskin vaxtlarında ekranlaşdırılıb. 19 dəqiqəlik "Mateo Falkone" qısametrajlı filmi ölkəmizdə BALANS studiyası tərəfindən bərpa edilən ilk rəqəmsallaşdırılmış filmdir.
 Təqdimatda Oqtay Mirqasımov, Fəxrəddin Manafov, Sabir Rüstəmxanlı, Fəxriyyə Xələfova, Cənnət Səlimova, Eldar Quliyev, Ayaz Salayev kimi bir çox mədəniyyət, elm, ictimai xadimlər, iş adamları iştirak ediblər.
 Mateo Falkone bərpa edilmiş filmin nümayişindən əvvəl, tamaşaçılara bərpa prosesinin incəliklərini əks etdirən Film haqqında Film nümayiş etdirilib.
 Tamaşaçılar Balans Studiyasının  filmin səs, rəng, musiqi, dialoqlarının xüsusi avadanlıqlar vasitəsi ilə necə bərpa edildiyini lentin mövcud və bərpadan sonrakı vəziyyətini əyani olaraq görüblər.


Baxış sayı: 611


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya