Bütün xəbərlər
Röya: Elə bilirdim ki, Rasim Balayevə ərə gedəcəyəm
Tarix: 11-05-2019 13:42 | Bölmə: Mədəniyyət



Əməkdar artist Röya Ayxan ATV-də yayımlanan “Zaurla Günaydın” verilişinin qonağı olub. 
Oxu.Az xəbər verir ki, verlişdə Röya platonik sevgisindən danışıb.
O bildirib ki, uşaqlıqda Xalq artisti Rasim Balayevi çox sevirmiş.
“Uşaqlıqda Rasim Balayevi sevirdim. Elə bilirdim ki, böyüyəndə ona ərə gedəcəyəm. İndi də izlədiyim türk seriallarında sevdiyim kişi obrazları var. Hazırda “Halka”ya və “Çukur”a baxıram. “Çukur”dakı Salih obrazını sevirəm”, - deyə Əməkdar artist etiraflar edib. 


Baxış sayı: 657


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya