22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Zamiqlə Tolik barışdı - Fotolar
Tarix: 06-05-2019 12:44 | Bölmə: Mədəniyyət
Zamiqlə Tolik barışdı -  Fotolar


Müğənni Zamiq Hüseynovla prodüser Tarix Əliyev (Tolik) barışıb. 
Axşam.az-ın məlumatına görə, onlar ötən gün keçirilən “Bakı Marafonu 2019”da üz-üzə gəliblər. 
Barışıq addımı Tolikdən gəlib. O, Zamiqin gözlərini tutaraq, onunla zarafatlaşıb. Prodüser və ifaçı daha sonra birlikdə fotolar çəkdiriblər. 
Qeyd edək ki, Tolik Zamiqin ünvanına "Zamiqin 1 ay içində "Özü bilər" mahnısının 1 milyon baxış yığmağını şişirtdilər. 30 gün içində 1 milyon baxış göstərici deyil. Mənim üçün Zamiqin sonuncu sevilən mahnısı "Kaman" olmuşdu. Ondan başqa mahnısı tutmadı. Zamiqi efirə dəvət etmirəm. Çünki efirə tək gəlmək istəyir. Heç Xalq artistləri var ki, efirə tək çağırmıram. 2 saatımı Zamiqə həsr edə bilmərəm. Kiminsə sifarişi ilə veriliş hazırlaya bilmərəm" sözlərini demişdi. 


 
 
 
 



Baxış sayı: 560


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya