Bütün xəbərlər
“Üçüncü sort müğənnilər”i kompleksə salıram” -Brilliant Dadaşova
Tarix: 03-05-2019 09:42 | Bölmə: Mədəniyyət
“Üçüncü sort müğənnilər”i kompleksə salıram” - Brilliant Dadaşova

Xalq artisti Brilliant Dadaşova İnstagram hesabında yeni video paylaşıb.
Axşam.az xəbər verir ki, o, videosuna yazdığı şərhlə diqqət çəkib.
Sənətçi məclislərdə həmkarlarına mikrofon vermədiyini etiraf edib:
“Mikrofonumu heç vaxt başqa müğənnilərə vermirəm, çünki qoxulara qarşı çox həssasam və alergiyam var. Bu da bəzi “ikinci-üçüncü sort müğənniləri” kompleksə salır. Rəylərdə kiməsə yazdırıb, məhz mikrofondan bəhs edirlər”.
Qeyd edək ki, məclislərdə mikrofon mövzusu ilə bağlı sənətçilərimiz arasında zaman-zaman qalmaqallar yaranır. Hətta müğənni Elton Hüseynəliyev də bir dəfə B.Dadaşovanın ona mikrofon vermədiyini etiraf etmişdi.


Baxış sayı: 662


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya