Bütün xəbərlər
Mehriban Xanlarova qəzaya düşdü: vəziyyəti ağırdır
Tarix: 27-04-2019 19:33 | Bölmə: Mədəniyyət


Ötən gün Əməkdar artist Mehriban Xanlarova qəza keçirib. Hadisə Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Aktrisanın ayağı bərk zədə alıb. 
Yaralılar Klinik Tibbi Mərkəzə gətiriliblər. Ötən gün aktrisanın vəziyyətinin yaxşı olduğu açıqlansa da, Xanlarovanın köməkçisi şəxsi “Instagram” hesabında aktrisanın vəziyyətinin ağırlaşdığı barədə məlumat paylaşıb.
Oxu.Az-ın əməkdaşı Əməkdar artist Mehriban Xanlarova ilə əlaqə saxlamağa çalışıb. 
Mehriban Xanlarovanın qızı Səidə anasının vəziyyətinin ağır olduğunu söyləyib:
“Anamın ağrıları çoxalıb. Topuğundan bərk zədə alıb. Həkimlər ayağını gipsə salıblar. Onların qənaətincə, anamın vəziyyəti orta-ağır qiymətləndirilir. Qəza ilə bağlı polis tərəfindən araşdırma aparılır. Bu barədə yaxın zamanda məlumat verəcəyik”.


Baxış sayı: 552


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya