Bütün xəbərlər
"CinemaPlus"da "Qisasçılar: Final" filmində ajiotaj yaranıb - VİDEO
Tarix: 27-04-2019 19:25 | Bölmə: Mədəniyyət

                                       


"CinemaPlus" kinoteatrlar şəbəkəsində səbirsizliklə gözlənilən "Marvel"kinoşirkətinin "Qisasçılar: Final" filmi üçün böyük ajiotaj var.
"Report" xəbər verir ki, biletlər kosmik sürətlə satılır.
"CinemaPlus"un "Gənclik Mall" ticarət mərkəzində yerləşən kinoteatrında keçiriləcək birinci gecə seansına məşhur azərbaycanlı ulduzlar da qatılacaq.
Filmin rejissorları Co Russo və Entoni Russodur.
Baş rollarda Robert Dauni-kiçik, Kris Evans, Mark Rufallo, Kris Hemsvort, Skartlett Yohansson, Ceremi Renner, Don Cild, Pol Radd, Bri Larson, Karen Gillan, Danay Qurira, Bredli Kuper və Coş Brolin yer alıb.
Film haqqında qısaca: Qisasçılar komandasının sağ qalan üzvləri və onların tərəfdaşları qüdrətli Tanos titanının dağıdıcı fəaliyyətini dayandırmağa kömək edəcək yeni plan hazırlamalıdırlar. Tarixin ən böyük miqyaslı və faciəli döyüşündən sonra onlar səhv edə bilməzlər.
Bu filmin fanatları çoxdan gözlənilən və saat 23:55-də baş tutacaq premyeradan bir gün əvvəl "CinemaPlus" kinoteatrlar şəbəkəsində filmi rus və türk dillərində izləyə biləcəklər.
                           
Filmin nümayişi aprelin 29-dan başlayır.
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından: www.cinemaplus.az,
mobil tətbiqdən: IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün
https://itunes.apple.com/us/app/cinemaplus/id10721...
https://play.google.com/store/apps/details?id=com....
həmçinin, 012 499 89 88 nömrəsi ilə və 119 qaynar xətti ilə əlaqə saxlamaqla əldə edə bilərsiniz.
Qeyd edək ki, "CinemaPlus Azerbaijan" kinoteatrı 24 saat işləyir.



Baxış sayı: 695


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya