Bütün xəbərlər
“Anasını evində xidmətçi kimi işlədir” - Sevdanın ögey atası
Tarix: 25-04-2019 10:14 | Bölmə: Mədəniyyət
           “Anasını evində xidmətçi kimi işlədir” - Sevdanın ögey atası


Müğənni Sevda Yəhyayevanın ögey atası olduğunu iddia edən şəxs “Səni axtarıram” verilişinə çıxıb.
Axşam.az xəbər verir ki, o, sənətçi ilə bağlı gözlənilməz açıqlamalar verib. Sözügedən şəxs iddia edib ki, Sevda anası Nuriyyəni onun əlindən alıb:
“Sevda gəlib özünə xidmətçi kimi anasını aparıb. Deyirdi ki, evdə iş görə bilmirəm, gəl kömək et. Mən onun ögey atasıyam. Anası ilə qeyri-rəsmi nikahda olmuşam. Onlar imkansız idilər, özüm baxmışam. Anasına dedi ki, gəl, mənə xidmət elə. Məni təhqir etdi, getdi. Evini təmir etdirmişəm. Yoldaşım demişdi ki, məni al. 2003-cü ildə bunu demişdi. Evinə gəlsin, onun 58 yaşı var, mənim isə 76 yaşım var. 60 yaşımda olan ailə qurmuşam. Onu 15 həftə hər gün “Yeni ulduz” verilişinə aparıb gətirmişəm. Onun anası ilə evlənəndə 60 yaşım var idi. Hamımız bir evdə yaşayırdıq”.
Qeyd edək ki, müğənnin atası o, kiçik yaşlarında olarkən vəfat edib.


Baxış sayı: 539


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya