Bütün xəbərlər
Azərbaycanlı aktyorun səhhəti pisləşib - Foto
Tarix: 15-04-2019 14:41 | Bölmə: Mədəniyyət
Azərbaycanlı aktyorun səhhəti pisləşib - Foto

Bir müddət əvvəl qaraciyər sirrozu diaqnozu ilə Sumqayıtda xəstəxanaya yerləşdirilən tanınmış aktyor Yalçın Səlimovun vəziyyəti ağırlaşıb.
Axşam.az ONA-ya istinadən xəbər verir ki, Y. Səlimov qarnına yığılan mayeyə görə özünü çox ağır hiss etdiyini deyir:
“Vəziyyətim son bir ildə pisləşdi. Ötən il həyatımda çətinliklər çox oldu. Depresiyaya düşdüm. Ötən ayın sonunda vəziyyətim daha da ağırlaşdı. 1 nömrəli Sumqayıt şəhər xəstəxanasına yerləşdirildim. Müalicələr aparıldı, iynə-dərman qəbul etdim. Sağ olsun həkimlər, çox raziyam. Diqqət və qayğıyla yanaşırlar. Amma müalicə səhhətimə elə də müsbət təsir göstərmədi. Səhhətimdə daha da pisləşmə gedir. Özümü reklam etməyi sevmirəm. Təəssüf ki, xəstəliyimə görə tanındım. Amma artıq məcburam ki, insanlardan, dövlətimizdən kömək istəyim. Artıq həyatla ölüm-dirim mübarizəsi aparıram. Övladlarım var, yaşamaq istəyirəm. Bu vaxta kimi kimdənsə kömək istəmədim. İndi mənim sizlərin köməyinizə ehtiyacım var. Açıq danışacağacam. Mənim qaraciyərim artıq öz funksiyasını itirərək sıradan çıxıb. Təcili olaraq qaraciyər transplantiyasına ehtiyacım var. Sentyabra kimi qaraciyərim mütləq dəyişilməlidir. Ümid edirəm ki, Azərbaycan xalqı məni ölməyə qoymayacaq. Hər kəsə təşəkkür edirəm”.


Baxış sayı: 611


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya