Bütün xəbərlər
Fədayə Laçın bacısına yalvardı: “Ona de, məni bağışlasın”
Tarix: 21-12-2017 08:16 | Bölmə: Mədəniyyət

İlahə Fəda bacısı Fədayə Laçın həbsdən buraxılandan sonra səhnə fəaliyyətini bərpa edəcək deyib

Yeniçag.az-a açıqlama verən İlahə artıq telekanallardan dəvət də aldığını deyib:
“Müəyyən vaxt ərzində yaradıcılığıma fasilə verdim. Çünki bizneslə məşğul olmağa başladım. Məqsədim də anama, bacılarıma kömək etmək idi. Buna görə toylara da getmədim. Lakin müflis oldum. Efirlərə çıxmasam da, müxtəlif ölkələrdə silsilə konsertlər vermişəm. Lakin heç vaxt konsertlərimi reklam etməmişəm. Çünki reklam üçün pul xərcləmək lazımdır. Mən də bunu istəməmişəm. Bu gün də yaradıcılığımla məşğulam. Hələ üzə çıxarmadığım o qədər mahnılar var ki… İnşallah, onları bir-bir dinləyicilərimə təqdim edəcəm. Artıq bir neçə telekanaldan dəvətlər də almışam. Lakin hələ gözləyirəm. Çünki həyatımın ən ağır dönəmlərindən birini yaşayıram. Düşünürəm ki, efirə çıxsam, ağzıgöyçəklər min cür söz qoşacaq. Deyəcəklər ki, utanmır, bacısı həbsdə əziyyət çəkir, amma bu çıxıb efirdə mahnı oxuyur”.
İlahə bacısı ilə duet də oxuyacağını bildirib:
“Bizim Fədayə ilə birgə məclislərdə oxuduğumuz canlı duetlərimiz var. İnşallah nə vaxtsa, yenidən duetlər ifa edib, yazdırarıq. Hələ ki, gec deyil”.
Sənətçi bacısının həbsindən də danışıb:
“Həbsdən sonra bacımın üzünü görməsəm də, telefonla danışırıq. Sonuncu dəfə zəng edəndə yalvardı ki, anama denən, məni bağışlasın. Bilir ki, anam, bacılarım ona görə çox əziyyət çəkir”.



Baxış sayı: 1 380


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya