Bütün xəbərlər
Maykl Ceksonun qızı atası haqda çəkilmiş filmə görə xəstəxanaya düşdü
Tarix: 31-01-2019 04:44 | Bölmə: Mədəniyyət
              Maykl Ceksonun qızı atası haqda çəkilmiş filmə görə xəstəxanaya düşdü


Mərhum pop ulduzu Maykl Ceksonun qızı Paris Cekson xəstəxanaya yerləşdirilib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Parisin atası haqda çəkilmiş filmin ona psixoloji təsir etməsi olub. Belə ki, ötən həftə təqdim olunan ekran işində Mayklın "Luna park"a çevirdiyi evinin həyətində 2 uşağa təcavüz etmə səhnələrinin göstərilməsi Parisə pis təsir edib.
20 yaşlı qız filmi izlədikdən sonra psixoloji sarsıntı keçirib və özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib. 
Qeyd edək ki, Mayklın bir neçə dəfə uşaqlara təcavüz etməsi iddia olunub. 









Baxış sayı: 684


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya