Bütün xəbərlər
Azərbaycanlı paralimpiyaçı haqqında film beynəlxalq festivala çıxdı
Tarix: 29-01-2019 12:02 | Bölmə: Mədəniyyət



Azərbaycanlı paralimpiyaçı haqqında çəkilmiş film beynəlxalq festivalın proqramına düşüb.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, müəllifi Mariya İbrahimova olan "Uçmaq istəyirəm" (I want to fly) filmi "İtaliya-Azərbaycan" beynəlxalq film festivalında nümayiş olunub.
Yanvarın 30-da Nizami Kino Mərkəzində festivalın qala gecəsi baş tutacaq. Qala gecəsində festivalın qalibləri elan olunacaq.
Filmin qəhrəmanı yol qəzası nəticəsində onurğa zədəsi almış və o gündən etibarən əlil arabası istifadəçisi olan Kamal Məmmədovdur. Qəzadan sonra o yataq xəstəsi olsa da, sınmayıb. Əzmkarlığı, iradəsi və ailəsinin dəstəyi ilə yaşamağa və yeni uğurlar qazanmağa davam edib. Kamal Məmmədov öz fəaliyyəti ilə cəmiyyətə fayda verməkdə davam edir. O, hazırda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin baş katibidir.
Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.


Baxış sayı: 554


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya