Bütün xəbərlər
Bu model “Eurovision -2019”un aparıcısı olacaq
Tarix: 28-01-2019 01:05 | Bölmə: Mədəniyyət
     


Bu ilin mayında İsraildə keçiriləcək “Eurovision” mahnı müsabiqəsinin aparıcıları supermodel Bar Rafaeli və şoumen Erez Tal olacaq. Modern.az xarici mediaya istinadən xəbər verir ki, onların namizədliyi Avropa Yayım İttifaqından keçib və təsdiqlənib.
 The Times of Israel qəzetinin yaydığı məlumata görə, Rafaeli və Tal mahnı müsabiqəsinin əsas aparıcıları olacaqlar: “Pul vəsaitlərinin yuyulmasına və vergilərdən yayınmaya görə mümkün ittiham irəli sürülməsinə baxmayaraq, supermodel müsabiqəni aparacaq”.
Üç il əvvəl Bar Rafaeli ona dünyanın aparıcı dizaynerləri tərəfindən hədiyyə olunmuş geyim və aksessuar əşyalarını müvafiq vergi ödəmədən sistematik satdığına görə bir neçə dəfə İsrail vergi idarəsində dindirilmişdi. Bundan başqa, Rafaeli 2015-ci ildə vergidən 260 min dollar yayındırmaqda şübhəli bilinərək saxlanılmış və 200 min dollar maliyyə zəmanəti ilə azadlığa buraxılmışdı.
 Top-model ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.


Baxış sayı: 551


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya