Bütün xəbərlər
Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qanun layihəsi hazırdır
Tarix: 17-01-2019 12:49 | Bölmə: Mədəniyyət

                      


Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qanun layihəsi hazırdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, qanun layihəsi artıq bütün müzakirələrdən keçib: “Bu layihənin plenar sessiyaya çıxarılmasının vaxtıdır. Son illərdə Azərbaycanda muğam sənətinə çox böyük diqqət göstərilir”.
R.Hüseynov qeyd edib ki, aşıq sənəti ilə bağlı ayrıca qanun layihəsinin olmasına ehtiyac var.
O, “Aşıq sənətinin qorunması və inkişaf etdirilməsi” ilə bağlı qanun layihəsinin hazırlandığını da söyləyib.


Baxış sayı: 580


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya