Bütün xəbərlər
MTRŞ-dan telekanal rəhbərlərinə xəbərdarlıq: Xalq narazıdır
Tarix: 15-01-2019 19:54 | Bölmə: Mədəniyyət



Milli Televiziya və Radio Şurası (MTRŞ) verilişlərin keyfiyyəti ilə bağlı televiziya kanallarına xəbərdarlıq edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Trend-ə MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.
N. Məhərrəmli bildirib ki, bu məsələ ilə bağlı televiziya kanallarının rəhbərləri ilə görüş keçirilib:
“Televiziya və radio kanallarında vəziyyətlə bağlı televiziya kanallarının rəhbərləri ilə görüşümüz oldu. Televiziya və radio kanallarındakı verilişlərin keyfiyyətinin çox aşağı olması ciddi şəkildə onların diqqətinə çatdırıldı. Onlara bu məsələ ilə bağlı tədbirlər görülməsi tövsiyə olundu. Bildirildi ki, ictimaiyyət bu verilişlərdən çox narazıdır, yəni qıcıq yaradan verilişlər, bəzi aparıcılar var ki, onlarla bağlı tədbirlər görülməsi tövsiyə olunur”.


Baxış sayı: 593


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya