Bütün xəbərlər
Xalq artisti: Bakıda ilk Şaxta baba mən olmuşam - VİDEO
Tarix: 14-01-2019 16:38 | Bölmə: Mədəniyyət



Atam, Məlik Dadaşov çox məşhur Şaxta baba idi. İndi şaxta babalıq mənə daha çox yaraşır, o zaman belə kök deyildim, arıq, hündürboy oğlan idim, məni heç kim tanımırdı.
Oxu.Az xəbər verir ki, bunu ARB TV-nin “Hüseynova bacıları” verilişində Xalq artisti Rafael Dadaşov deyib.
“Naxçıvandan gəlmişdim, bir-iki il idi Bakıda idim. Atam Məlik Dadaşovun kostyumunu geyinirdim. Küçəyə Şaxta baba paltarında çıxmağı dəb halına saldım. 1966-1967-ci illərdə Şaxta baba küçədə nə gəzirdi?! Əlimdə ağac, çamadanla, saqqallı, əynimdə qırmızı xalat küçəyə çıxdım. Bunu ilk mən etdim”, - Dadaşov qeyd edib.
                                


Baxış sayı: 656


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya