“Axtarışlar” jurnalının cari ilə olan ilk sayı işıq üzü görüb
Tarix: 21-05-2020 02:48 | Bölmə: Mədəniyyət
“Axtarışlar” jurnalının cari ilə olan ilk sayı işıq üzü görüb
AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən Sabaha-inamla.Az-a verilən məlumata görə  AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunan “Axtarışlar” jurnalının cari ilə olan ilk sayı işıq üzü görüb.
Jurnalda Naxçıvan Bölməsi ilə yanaşı, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, eləcə də digər elm və təhsil müəssisələrində çalışan əməkdaşların ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıq sahələrində apardıqları araşdırmaları işıqlandırılıb.
34 tədqiqat işinin yer aldığı yeni sayda “Xalq yazıçısı Hüseyn İbrahimov yaradıcılığı: söz və hikmət xəzinəsi”, “Naxçıvanın teatr fədailəri”, “Qacarlar dövrü qadın geyim ənənəsinin bədii xüsusiyyətləri”, “Naxçıvanda musiqi təhsili sisteminin inkişafı”, “Görkəmli bəstəkar Məmməd Məmmədov” və digər elmi məqalələr əksini tapıb.
Biblioqrafiya bölməsində isə tanınmış dilçi alim, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin 70 illik yubileyi ilə bağlı İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimlinin “Görkəmli türkoloq alim” adlı məqaləsi yer alıb.


Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər